Bizə hünərli mətbuat gərəkdir
Bizə hünərli mətbuat gərəkdir
— Müqəddəs Ataya Ali Səcdə!
— Səcdən ucadır, oğlum!
— Mütləqim, müasir mətbuat haqqında Ata fikrini bilmək istəyirəm.
— Əgər bir kəlməylə desək, müasir mətbuat nə azadfikirli mətbuatdır, nə də əvvəlki tipli totalitar, yəni tam nəzarət altında qalan mətbuatdır.
Elə müasir mətbuatın zavallılığı ondadır ki, o, tamamilə qeyri-müəyyəndir.
Nə azadlığı azadlıqdır, köləliyi də zahirən gizlənir.
Yəni əvvəlki kimi dəhşətli senzura yoxdur. Ayrı-ayrı qəzetlər var çoxlu: onlarla, yüzlərlə…
Ancaq heç bir açıq fikir, böyük fikir demək olar, yoxdur. Son dərəcə fikirsiz, qeyri-yetkin, bədbəxt, yolunu azan və tapa bilməyən, çoxlu iddiaları və az fikri olan, üslub cəhətdən hədsiz dərəcədə bərbad bir mətbuat yaranıb.
Belədir Atanın müasir mətbuat haqqında fikri.

— Müqəddəs Ata, mətbuatın sabahı necə olmalıdır? Ocağın istədiyi mətbuat necə olmalıdır?
— Atanın istədiyi mətbuat o mətbuatdır ki, ardıcıl olaraq müstəqillik ideyasının təbliğiylə məşğul osun, hakimiyyətə qarşı dura bilməsə də, hakimiyyətçiliyə qarşı dura bilsin, pulçuluğa qarşı dura bilsin, dinçiliyə qarşı dura bilsin. Mübariz və mətin bir mətbuat. Hünərli və mətin bir mətbuat – Fədakar, Vicdançı, Təmənnasız.
Belə mətbuat yoxdur, çünki hünərli mətbuatçılar yoxdur.

— Atamız var osun!
— Qaranlıqar yarılsın!
Yükümüzdən böyük fərəhimiz yoxdur!
— Qaranlıqar yarılsın!
Yükümüzdən böyük fərəhimiz yoxdur!
02 Murad günü, Qar ayı, 16-cı il, Bakı. (2.01.1995).