Fəlsəfə və Fəlsəfəsizlik
— Müqəddəs Ataya Ali Səcdə!
— Səcdən ucadır, oğul!
— Mütləqim, məlumdur ki, Ocaq bəşərin Göy səviyyəsidir – bu vaxtacan olmayan, görmədiyi və ağlına belə gətirmədiyi. Ocağımıza qədərki Azərbaycan fəlsəfi fikir tarixinə Ata qiymətini bilmək istəyirəm. Azərbaycanda fəlsəfi fikir necə izhar olunub bizə qədər? Ata onlardan kimləri təqdir eləyir?
— Çox yaxşı. Fəlsəfi əsasa, əmələ malik olmayan İnam – İnam deyil, İnamsızlıqdır. Biz deyəndə ki, İnamımız yalansızdır, cəfəngiyyatsızdır, həqiqidir, demək istəyirik o, fəlsəfəyə əsaslanır. Ancaq heç bir fəlsəfi idrak öz-özlüyündə İnam yaratmır. Fəlsəfi idrak Həqiqəti dərk edir. İnam isə Həqiqətə qovuşmaq tələb eləyir. Həqiqəti aqibətə çevirmək tələb eləyir. Həqiqiət üçün döyüşmək tələb eləyir. Həqiqəti bəşəriyyətin aqibətinə çevirmək tələb eləyir. Və son nəticədə İnam vasitəsiylə Bəşəriyyətin dəyişməsini tələb eləyir. Fələsəfə də öz tərəfindən biliyə əsaslanır, amma biliyi təkrar eləmir. Elmlər ayrı-ayrı biliklər yaradırlar və bu, bilinməlidir, öyrənilməlidir.
Gerçəkliyin necə olmasını bilməlisən ki, uydurmayasan inamını. Lakin heç bir elm öz-özlüyündə Mahiyyətin dərki deyil. Fəlsəfə nədir? Fəlsəfə – Mahiyyətin, Mənanın dərkidir. İnsanın Mənasının dərkidir, Mahiyyətinin dərkidir. Və Həyatın Mahiyyətinin dərkidir. Yəni bu, o deməkdir ki, heç bir elm demir dünya niyə yaranıb? Nə mənası var bu dünyanın yaranmasının? Və bütün bu dünyadakı olanları hansı birlik, hansı ümumi ideya, hansı ümumi mahiyyət birləşdirir? Bu sualların heç biri başqa canlılarda olmur. Bu sual yalnız İnsanda olur. Dünya nə üçün yaranıb? Niyə yaranıb? Onun bütün dövrlərə, zamanlara aid olan Mahiyyəti nədir, Mənası nədir? Mütləqçilik nədir, nisbilik nədir? Doğrudanmı, dünya elə nisbilikdən ibarətdir?
Və əgər dünya elə nisbilikdən ibarətdirsə, onda onun Mənası nədir bəs? Doğrudanmı, dünya elə keçicilikdən ibarətdir? Əgər dünya yalnız keçicilikdən ibarətdirsə, onda onun nə Mənası, nə Mahiyyəti? Doğrudanmı, dünya sonludan ibarətdir yalnız? Və doğrudanmı, dünya qeyri-kamillərdən ibarətdir? Təzahürlərdən ibarətdir? Hadisələrdən ibarətdir? Belə olduqda Dünya mənasızlaşır. Məlum olmur ki, bəs Dünya niyə yaşaya bilir? Fəlsəfə öyrənir dərindən və başa düşür ki, dünyanın təzahürü, hadisələr nisbi ola bilər, amma Dünyanın mənası nisbi ola bilməz. Dünyanın Mənası Mütləqdir: yəni Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Və Dünya özünün bu Mənasından əmələ gəlib, Mahiyyətindən əmələ gəlib, Mütləqliyindən əmələ gəlib. Yoxdan yaranan yox olardı çoxdan. Ona görə də Dünyadakılar ölür, Dünya ölmür. Həyatdakılar ölür, Həyat ölmür. İnsandakılar ölür, Bəşərdəkilər ölür, İnsan ölmür, Bəşər ölmür. Bu Həqiqəti təkcə bilik əsasında dərk eləmək mümkün deyil. Gərək biliyi aşasan və İdrakın öz gözüylə baxasan, bunu dərk eləyəsən. Bu səbəbdən də fəlsəfə – İnama aparan Yoldur. Elə ki, o, Mənanı dərk elədi, Mahiyyəti dərk elədi, onda sənin bu Dünyaya İnamın yaranır. Bilirsən ki, Dünyadakılar nə qədər keçici olsa da, o keçicilərin hamısının Əbədi Mənası var, Mahiyyəti var. Dünya oyuncaq deyil. Dünyadakılar, İnsandakılar, Həyatdakılar nə qədər ötəri olsalar da, o ötərinin arxasında Əzəlilik durur və Dünya oyuncaq deyil. Dünyadakılar, Həyatdakılar, Bəşərdəkilər nə qədər qeyri-kamil olsa da, bu qeyri-kamilin özünün Kamil Mahiyyəti var. Dünya oyuncaq deyil, Mahiyyətdir, Mənadır.
Və sonuncu. Dünyanın, İnsanın, Həyatın Əzəliliyi, Əbədiliyi, Sonsuzluğu, Kamilliyi həmin Mənanın, Mahiyyətin ifadəsidir. Beləliklə də, fəlsəfə İnamın əsas mərhələsidir. Ona görə də fəlsəfəni öyrənmək, fəlsəfələşmək olmadan İnam yaratmaq mümkün deyil. O peyğəmbərlik ki, əfsanələşib, cəfəngiyyatlaşıb, o peyğəmbərlik fəlsəfədən, filosofluqdan başlayır. Sonradan idrakın artıq mahiyyətləşməsi, İnsaniləşməsi və həmin o idrakın yaratdığı Həqiqət – Vəcd, Vəhy ki, bunlar əfsanə deyil; bunlar hamısı fəlsəfəylə bağlıdır. Təbiidir ki, hər filosof hələ İnam yaradıcısı olmur. Amma filosof olmayan yerdə İnam əvəzinə cəfəngiyyat yaradırlar və camaata onu təlqin eləyirlər. Xalqın, bəşəriyyətin avamlığını, cəfəngiyyatçılığını təsdiq eləyirlər, son nəticədə bəşəriyyəti qaranlığa qərq eləyirlər. Bu, məsələnin bir tərəfi. Təbiidir ki, mən dünya fəlsəfəsini öyrənmişəm və burada bir natamlıq, birtərəflik görmüşəm indikilərin fəlsəfəyə münasibətində. Guya ki, fəlsəfə başlayır Avropada, təxminən Heraklitin vaxtında. Sonra bizim eradan qabaq dördüncü əsrdə Sokratın, Platonun dövründə, Aristotelin dövründə çiçəklənir və bundan sonra təzə fəlsəfə yaranır: Bekon fəlsəfəsi və xüsusilə alman fəlsəfəsi – Kant, Hegel, Fixte, Şellinq. Sonra da Marksizim fəlsəfəsi yaranır. Mən onda sual verirdim: əgər fəlsəfə təkcə elə Platonun, Aristotelin dediyidirsə, çox gözəl – bunlara hörmətimiz var – lakin əgər Avropanın dediyindən başqa fəlsəfə yoxsa, fəlsəfə çox natamdır. Çox suallara cavab tapa bilmir.
Və mən Şərq fəlsəfəsini öyrəndim. Böyük hind ruhunu öyrəndim. Və yenə gördüm ki, Avropasentrizm, avropaçılıq burada da imkan daxilində Şərqi inkar etməyə cəhd göstərir. Deyirlər, niyə şeirlə yazılsın fəlsəfə? Niyə Unanişadlarda, Gitalarda bədiyyat bu dərəcədə olsun? Belə də fəlsəfəmi olar? Sırf formal nöqteyi-nəzərdən hind fəlsəfəsini, Şərq fəlsəfəsini ya tam inkar eləyirdilər, ya da onu bir giriş sayırdılar… Ümumiyyətlə, bu, böyük bir söhbətdir. Hegel kimi bir düha da bütün Şərq ədəbiyyatını ədəbiyyatın ilk tarixi, girişi hesab eləyirdi. Bu, gülməlidir! O sxem onu gətirib belə bir gülməli vəziyyətə çıxarırdı. Və mən öyrəndim Şərq fəlsəfəsini. Qətiyyən Avropanı inkar eləmədim, amma o natamlıq ki, bütövlüklə hər şey ağılla bağlıdır, o natamlığı burada mən aradan qaldıra bildim. Çünki hind fəlsəfəsində Həqiqəti təkcə ağılla dərk eləmirlər. Bütün daxili aləmlə dərk eləyirlər – duyğularla, iradəylə, mənəviyyatla… Bu, peyğəmbərliyə daha yaxındır. Və bu nöqteyi-nəzərdən mən həm də özümüzün fəlsəfəmizə, əsil fəlsəfəmizə qovuşdum. Zərdüştçülüyə qovuşdum. Zərdüştçülükdə fəlsəfə bədii səviyyədədir. Mən bunu fəlakət saymıram, əksinə, üstünlük sayıram. Zərdüştün əsas ideyası iki dünya ideyasıdır – dualizm: Əhrimən Dünyası və Hürmüzd Dünyası. İşıq Dünyası və Qaranlıq Dünyası ideyası idealizmin canıdır. Sonradan Platon eradan qabaq dördüncü əsrdə deyəndə ki, bu dünya ideya dünyasının kölgəsidir, həmin o Platon Zərdüştdən çıxış eləyirdi. İndi elə bir fəlsəfə tarixçisi yoxdur bunu inkar eləsin ki, Platon da, o birilər də Şərqdən öyrəniblər. Midiyadan öyrəniblər, maqlardan öyrəniblər. Lakin bunu elə təsdiq eləyirlər ki, inkar alınır. Odun İşıq məsələsi, Oddan yaranan İşıq ideyası! İnsanın kamilləşmə tələbi. Bizim eradan əvvəl VI əsrdə qoyulmuş tələb! İnsanın gərək ağlı təmiz olsun, duyğusu təmiz olsun, əli təmiz olsun! Elə burada demək istəyirəm ki, Zərdüşt haqqında deyilən eybəcərliyə inanmayın! Kamillik idealını bir tələb kimi Bəşərin qarşısında qoyan, irəli sürən Peyğəmbər murdar ola bilməzdi. Bu, fantaziyadır. Bu, ərəblərin fantaziyasıdır. Ərəblər özlərinin rəqiblərinə qarşı div kini, dəvə kini bəsləyiblər həmişə. Babəkə elədikləri eybəcərliyi ondan əvvəl Zərdüştə qarşı eləyiblər.
Azərbaycan fəlsəfəsinin ən yüksək zirvəsi Hürufilikdir, Hürufilərdir. “İnsan Allahdır” ideyası. Zahirən bunu deyənlər olubdur, amma necə deyiblər? Hökmdarları Allah sayıblar, hökmdarlar özlərini Allah sayıblar. Məsələn, Kaliqula özünü Allah hesab eləyirdi. İsa Peyğəmbəri həm İnsan, həm də Allah oğlu hesab eləyirdilər. Amma hər şəxsin Dünyanın nəticəsi olması İdeyası, hər bir sifətin Quran olması ideyası təəccüblü, heyrətamiz dərəcədə təzə idi! İndi bəziləri deyirlər ki, bəs Nəsimi də öz əsərlərində ayrı cür danışırdı. Bunlar çox şey tələb eləyirlər Nəsimidən! Ağıllarının ucundan! Bəs necə ola bilərdi ki? Xəlifətin o amansız dövründə öz fikrini söyləmək üçün belə vasitələrdən istifadə etmək məcburiyyəti vardı, zəruriyyəti vardı. Yoxsa onlar fikirlərinin heç bir vergülünü belə deyə bilməzdilər. Bir zaman Nəimidən, Nəsimidən ateist düzəldirdilər. Bu, baş tutmadı. İndi onlardan dindar düzəldirlər. Bu, ondan da pis! Hansı dində insan Allahdır? Kimi aldadırlar bunlar?
Azərbaycan fəlsəfəsinin çox böyük zirvəsi muğamatdır ki, burda bütün Şərq fəlsəfəsinin canı var: Zərdüşt işığı var, Hürufilərin, Sufilərin ənəlhəqqi var; Hürufilərin ənəlhəqqi var, sufilərin kamillik idealı var.
Və nəhayət, Saz Fəlsəfəsi var. Bütün qalan nə varsa, onun Azərbaycan və Şərq fəlsəfəsinə dəxli var, amma çox şərti! Bəli, çox şərti! Öyrənməli budur! Məyər bu azdır? Fələkət ondadır ki, ağıllarının, idraklarının ucundan öyrənilməli olan azı itirib, öyrənilməməli olan çoxluğu qəbul eləyilər.
Mənim müasir Azərbaycan fəlsəfəsiylə və Şərq fəlsəfəsiylə təmasım, ümumiyyətlə, fəlsəfəylə təmasım İnam yönlü olubdur və bu yöndə mən çox bəhrələnmişəm böyük filosoflardan.
Sonrakı fəlsəfə və xüsusilə də XIX əsrdə guya yaranan materialist fəlsəfə – Axundov “fəlsəfəsi”; bu, başdan-ayağa uydurmadır! Axundov nə tənqidçidir, Axundov nə də filosofdur. “Kəmalüddövlə məktubları” yaxşı əsərdir, ancaq onun fəlsəfəyə dəxli yoxdur. Orada problem, orada fəlsəfi məsələ yoxdur. Dünya nədir? – sualına cavab yoxdur. İnsan nədir? – sualına cavab yoxdur. Yaxşı ateist bir əsərdir, amma bunun fəlsəfəyə nə dəxli var? Tənqidçiliyi də həmçinin. Melkum xana yazmaq ki, tənqid belə olmalıdır… Biz özümüzü balacalandırırıq belə “böyük”lər vasitəsilə. Nəsimini qoyuruq kənara, Nəimini qoyuruq kənara, Zərdüştü qoyuruq kənara, Buddanı qoyuruq kənara, Upanişadları qoyuruq kənara! Balacalardan yapışırıq, onların qulaqlarından yapışıb böyüdürük, böyümürlər. Özümüz kiçilirik. Onların səviyyəsinə enirik. Mirzə Fətəli Axundov rusçu ziyalıdır. Rusçu ziyalı kimi də o, özünü təsdiq elədi. Heç kim demir ki, onu tarixdən çıxart, amma hər halda Axundovun tarixinə düşməyə mən razı olmazdım. O, balaca tarixdir.
Eləcə də Axundovun komediyaları haqqında. Bəli, komediyada da həmçinin. Komediyası da özfəaliyyət səviyyəsindədir. Əsərlərinin heç birində ümumiləşdirmələr yoxdur. Hamısı gerçəkliyin zahiri tərəflərindədir, səthiliyindədir. Onun yumorunun heç bir dərinliyi yoxdur! Bu, kəşf olunan yumor deyil. O, hamının güldüyü yumordur. O, Cəlilin dərdi deyil, Sabirin dərdi deyil və sairə.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, XIX-XX əsrdə Azərbaycanda fəlsəfə yoxa çıxsa da, xüsusi bir hadisə kimi çox istedadlı yazıçılar peyda oldu. Əsasən, Cəlil Məmmədquluzadə, Sabir ki, onlar öz əsərlərində cəhalətə qarşı döyüşürdülər. Mənim gözümdə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri dünya səviyysəsində komediyanın, dərdli komediyanın ən bariz nümunələrindən biridir. Təkrar eləyirəm, təbiidir ki, bu, filosofluq deyil, folosofluq ayrı şeydir. Amma Sabirsiz, Cəlilsiz, xüsusilə Hüseyn Cavidsiz – onun yaradıcılığı başqan-ayağa fəlsəfəylə doludur – Azərbaycanda filosofluq inkişaf eləyə bilməzdi. Mən bunları öyrəndim, onlardan yazdım, çox şey qazandım, bəhrələndim. Məncə, sualına cavab tapdın.

— Bəli Ata! İstəyim budur ədəbi fikir – fəlsəfi fikir məsələsini Ata açsın. Müqəddəsim, bir də görürsən, hansısa yazıçı haradansa fəlsəfi fikri öz əsərinə gətirir, bədiyyatıyla onu genişləndirir, zənginləşdirir və həmin şəxsi filosof hesab eləyirlər. Yəni filosofluq bu qədərmi asandır?
— Fəlsəfə ən çox ədəbiyyata yaxındır, çünki hər ikisində gerçəklikdən üstün olmaq imkanı var. Hər ikisində gerçəkliyi ötmək imkanı var. Bu cəhətdən fəlsəfə bəziləri fikirləşdiyi qədər riyaziyyatdan daha çox ədəbiyyata, xüsusilə musiqiyə yaxındır. Ona görə də ədəbiyyatçı əgər yaxşı ədəbiyyatçıdırsa, o, istəsə də, istəməsə də fəlsəfi fikir söyləyəcək. Amma fəlsəfənin ədəbiyyatdan fərqi ondadır ki, fəlsəfə Həqiqəti dərk eləyir. Çox böyük əzab hesabına. Ədəbiyyat fəlsəfənin dərk elədiyini vəsf eləyir, ya da müəyyən mənada həmin o Həqiqətə yaxınlaşır. Amma demək olmaz ki, ədəbiyyat hansısa bir ideyanı dərk elədi. Bu, səhvdir. Ona görə də ən yaxşı yazıçı belə, şair belə ədəbiyyatı fəlsəfəylə eyniləşdirməməlidir. Bizdə kim ki, bir ağıllı fikir dedi o, “filosof”dur. Nə yaman asan şeymiş bu filosofluq? Bəli, “mütəfəkkir” olur. Nə qədər bizdə “mütəfəkkirlər” var. Görəsən, o “mütəfəkkirlər” nə deyib? Hansı ideyanı deyiblər? Bu da bizim bir avamlığımız. Bu da bizim bir balacalığımız. Ona görə deyirlər ki, ədəbiyyat elə bəsimizdir. Neyləyirsən fəlsəfə yaradırsan? Bu da bizim zəifliyimizdəndir. Və bu zəifliyin yaratdığı hal İdrakla çulğalaşıb. Təkrar eləyirəm, Füzuli əslində eşq dini yaradıb. Mən dini burada avamlıq mənasında, xurafat mənasında yox, İnam mənasında deyirəm. Lakin Füzuli heç bir əsərində filosof deyil. Onun məqsədi ideya yaratmaq deyil, eşqi vəsf eləməkdir ki, o, din səviyyəsinə qalxsın. Bu vəsfin səviyyəsi elə şeirin səviyyəsidir. Füzulinin dahiliyi gözəl Həqiqət vəsfindədir. Həqiqətin dərki isə – o, filosofun işidir. Ümumiyyətlə, biz birtərəfli inkişaf eləmişik; səhərdən axşama kimi bağırırıq. Yubiley yubileyin dalınca. Hamı şairdir – filandır. “Şairlər ölkəsi”! Burda bir xamlıq var, avamlıq var. Böyük ölkənin gərək həm də fəlsəfəsi böyük olsun, həm şeiri böyük olsun, həm musiqisi böyük olsun, həm elmi böyük olsun, hətta siyasəti belə böyük olsun, iqtisadiyyatı böyük olsun. Biz elə kor tutduğundan buraxmayan kimi, lovğacasına bircə şeyi bilirik ki, bizim ədəbiyyatdan başqa ədəbiyyat yoxdur. Bu, doğrudan da belədir. Və bir kontrast əmələ gəlir: ədəbiyyatda Füzuli, fəlsəfədə Fuad Qasımzadə. İndi müasir filosoflar haqqında yəqin sualın olacaq. Bəli, musiqidə muğamat, Üzeyir Hacıbəyov, fəlsəfədə Həsən Şirəliyev. Bütün yaradıcılıqlarını götürsən, “O dedi, bu dedi”. Heç əməlli-başlı şərh də yoxdur. Bu, böyük bir zəiflikdir, birtərəflikdir.
Bütün Elmlər Akademiyası, bütün Fəlsəfə İnstitutu 70 ildə hansı fikri deyib? Qəribə bir vəziyyət. Səsi olmayan xanəndəni xanəndə saymırlar. Fikri olmayan filosoflar yetişib. Dissertasiya yazırlar, dissertasiyada da fikir lazım deyil, müəyyən bir texnika lazımdır, müəyyən bir aparat lazımdır. Bu, təkcə, bizim dərdimiz deyil, məncə, Rusiyaya da aiddir. Rus da Belinskisini, Çernışevskisini o qədər qaldırdı ki, elə bildilər Çernışevski filosofdur. Rusiyada fəlsəfə XX əsrin əvvəllərində (Berdyayevdə və Solovyovda) başladı. Tez də onun arası kəsildi. Rus xalqının da fəlsəfəsi yoxdur. Fəlsəfəsi olmayan xalqın heç zaman düzgün yerişi olmayacaq. Məncə, sualına cavab tapdın.

— Atamız bir dəfə dedi ki, Azərbaycan Fəlsəfə tarixini yazanda fərəhlərimizin fəlsəfəsini, yəni əsasən, Zərdüştü, Babək halının fəlsəfəsini, muğamat, Füzuli və Hürufilikdən – Ocağımıza qədərki zirvələrdən yazmaq lazımdır. “Azərbaycan fəlsəfəsi” ki, deyirik, Bəhmənyardır – filan… Bunlara Aristotelizm təsir eləyib. Bu haqda, Mütləqim.
— Bəhmənyar, o birilər; bunlar ərəb mədəniyyətilə ellinizmi birləşdiriblər. Ola bilsin ki, Bəhmənyarın Azərbaycan fikrinə bir təsiri var. İbn Sinada, Fərabidə onda və başqalarında orijinallıq yoxdur. Çox azdır. Şərq burada ellinləşib – yunanlaşıb. Bəli, belə baxanda Azərbaycanda filosoflar çox olub. Amma fəlsəfə nədir? Fəlsəfə ən azı orijinal fikir deyilmi? Bəhmənyar nə deyibdir orijinal? Bu səbəbdən də “Azərbaycan fəlsəfə tarixi”ni bu saat bəlkə yazmaq heç lazım da deyil. Əgər yazmaq lazımdırsa, onu məncə, Zərdüştdən başlamaq lazımdır, sonra onun ən yüksək zirvəsini – Hürufilərdən yazmaq lazımdır. Qoy o qədər də böyük həcmli olmasın. Belə bir faciəvi vəziyyət yaranıb: Azərbaycan fəlsəfəsi müəyyən dövrdə inkişaf eləyib, sonra inkişafdan tam qalıb və ya yox olub. Bunu niyə demirlər? Məgər Nəriman Nərimanovun yaradıcılığından yazmaq filosofluqdur? Heç Nərimanın özü filosof deyil.
Müasir fəlsəfə, Azərbaycan fəlsəfəsi yoxdur. Onun əvəzinə var çoxlu dissertasiyalar. Bunlar da üç hissəyə bölünür: Birinci, marksizmi olduqca aşağı səviyyədə, Marksı öyrənmədən, ayrı-ayrı kitablardan, yenə də tənqid vasitələrindən istifadə edib təbliğat səviyyəsində camaata təlqin elədilər.
İkinci, dessertasiyalar fəlsəfə adı altında bəsit təbliğat oldu. Məsələn, “Sosialist yarışı” adlanan dissertasiya verirdilər. Utanmırdılar, fəlsəfənin bağrını yarırdılar. Yaxud “metisləşmə problemi” açırdılar. Böyüklər haqqında, ayrı-ayrı yazıçılar haqqında elə yazırdılar ki, o yazıçılar tamamilə böyüklüyünü itirirdi.
Mən istəyirəm ki, camaat bilsin və burada heç bir şişirtmə yoxdur: müasir fəlsəfə adı altında istedadsız, idrakdan məhrum, siyasətbaz “filosoflar” yaratdılar Azərbaycanda. Onların içərisində təmizi vardı – Heydər Hüseynov ki, onu da məhv elədilər. O da filosof deyildi. Demək istəyirəm ki, heç fəlsəfəşünaslıq da yoxdur, nəinki fəlsəfə. Heç bir filosof düşünmədi ki, o, təzə bir fikir deyə bilər. Yadımdadır, mənə deyirdilər ki, biz filosof deyilik. Deyirdim bədbəxt xalq, onun filosofu özü deyir ki, mən filosof deyiləm. Olan şeydir.
Üçüncü tip əsərlər – dissertasiyalar sırf siyasətin özüylə bağlı idi; beynəlmiləlçilik, nə bilim nə… Məsələn, Həsən Şirəliyev nə sübut eləyirdi? Onun dissertasiyası nə idi? “Sosialist məişəti”. Dünyada bundan da aşağı məişətsizlik olmayıb. O, sübut eləyirdi ki, sosialist məişətindən yaxşı məişət yoxdur. Bəs Həmid İmanov nə yaratdı? Sosialist həyat tərzinin bütün həyat tərzlərindən yaxşı olmasını.
Bunu da mənim kimi görən olmadı. Konfranslar… Yüzlərlə konfrans keçdi. Hardaydı fikir?

— Mütləqim, fəlsəfədə dahilik, özünəməxsusluq nədir?
— Fəlsəfədə dahilik – Əzəli, Əbədi, Sonsuz, Kamil ideya kəşf eləməkdir. Elə ideya ki, onu sonradan dəyişdirə bilməyəsən. Elə ideya ki, o, bir dövrü yox, bütün dövrləri əhatə eləsin, çünki iki Həqiqət olmur. Ona görə də fəlsəfədə dahi çox azdır. Elə şey tap ki, o, bütün dövrləri əhatə eləsin. Mütləq Həqiqət və Mütləqə İnam!

— Ata hakimlərin yalançı filosofluğu haqqında çox danışıb. İstərdim ki, bu məsələni Atamız şərh eləsin.
— Belə bir ənənə yaranmışdı və bu ənənə indi də davam eləyir. Hakimiyyətə gələn adam o saat filosof olurdu. Dövlət başçısı sürətlə filosoflaşırdı. Belə hakimlərin içərisində Lenin və Stalin kimi idraklı adamlar olsa da, tamam antifəlsəfi və talantsız Xruşşov, tamam antifəlsəfi və talantsız Brejnev, tamam antifəlsəfi və talantısız Qorbaçov da olurdu. Onların nitqlərində fəlsəfə axtarılır, uydurulurdu və təzə hakimlərin fəlsəfəsi yaranırdı. Onlarda vergül qədər belə fəlsəfi fikir yox idi.
Qorbaçovun özünün filosofluğu yox idi. Sivilizasiya-filan… Bunlar mexaniki düşünmə idi. Mən düşünürdüm: Fəlsəfə İnstitutu ölübmü? Niyə buna qarşı çıxış eləmir? Bizdə də həmçinin. Kim hakimdir, o, filosofdur.
Belə bir hadisə olubdur və istəyirəm ki, bu, olmasın. Sokratın belə bir sözü var: “Demon mənim qulağıma pıçıldadı: olmaya hakimyyətə gedəsən ha. Getmə!” Burada isə hakim olmadan siyasətə getmək olmurdu. Məlum olurdu ki, Brejnevin əsərlərini yazırdılar. Belə əsərlərə heç fikir vermirdilər ki, bunun əsərini yazan kimdir.

— Bəzi “fəlsəfəçi”lərin nitsşeçiliyinə və freydçiliyinə Ata münasibəti.
— İndiki şöhrətçilərin, özlərini savadlı göstərmək istəyənlərin fəaliyyyəti əsasında nitsşeçiliyi və freydçiliyi az qala fəlsəfənin böyüklüyü kimi qələmə verirlər. Özlərinin erudisiyalarını göstərirlər. Guya erudisiya böyük şeydir? Əslində Freyd və Hitsşe İnsana qarşı ehtirasdır. Bunlar əhvali-ruhiyyə səviyyəsidir. Ata bunları filosof hesab eləmir bu səbəbdən. Nitsşenin fövqəlinsanının əxlaqı meyitlər üzərində yüksəlmək əhvalıdır. Həmin əhvalı faşizm ifadə elədi. Əgər marksistlər Nitsşeni tənqid eləyirdilərsə, düz eləyirdilər. Marksizmin tənqidində çox şey vardı, amma özündə heç nə yox idi. Freydizm insanı heyvanla eyniləşdirir, onun əsas cəhətini heyvanlıqda görür: seksuallıq tüğyanı yaradır. Amma bizdəki yarıjurnalist, yarıyazıçı, yarıfilosof və s. bəşəri “nicata aparan”lar özlərinin balacalığı üçün antiinsani fəlsəfədən öz istedadsız, balaca başlarına heykəl qoymaq istəyirlər. Başqa yerdə özünü tapmayanlar “filosof” olublar. Cərimə batalyonuna dönüb fəlsəfə! Ədəbiyyatda-filanda əsərləri heç kimə məlum olmayan olub “filosof”!
Qərb fəlsəfəsinin çox istedadlı nümayəndələri olub. Onların Ataya xeyri dəyib.

— Bu fəlsəfəsizlikdən çıxış yolu Ocaq Fəlsəfəsidir, Ata Fəlsəfəsidir. İnam Fəlsəfəsi haqqında Ata sözü.
— İnam Fəlsəfəsinin canı, mahiyyəti aşağıdakından ibarətdir. Dünya nə yoxdan yaranıb, nə də cismdən yaranlb. Çünki yoxdan yaransaydı, onun Mənası olmazdı. Cismin öz Mənası var. Dünya özündən, Mahiyyətindən yaranlb. Heç kəs onu yarada bilməzdi. Çünki Mütləqliyi yaratmaq olmaz. Dünya Mütləqlikdən yaranlb. Mütləqlikdən doğulub. Bəli, nisbilik var. Dünyanın mahiyyəti var və nisbi təzahürü var. Təzahürü saxlayan, Təzahürü yaşadan Mahiyyətdir. Dünyanın Təzahürü keçicidir. Dünyanın Mənası əbədidir. Bu səbəbdən də Dünya özü Əbədidir. O, Mənasına görə Əbədidir. Dünyanın Mahiyyəti Əzəlidir. Onun Təzahürü Ötəridir. Ötərini yaşadan Əzəlidir, çünki ötərilik ölür, Əzəlilik isə qalır. Dünyanın Təzahürü sonludur, Mənası, Mahiyyəti Sonsuzdur. Ona görə də Sonlu ölür, Sonsuz qalır. Dünyanın Təzahürü qeyri-kamildir. Mənası, Mahiyyəti Kamildir. Dünyanın, Həyatın, İnsanın qeyri-kamilliyinin arxasında Kamillik durur. O Kamillik yaşadır Dünyanı. Ona görə həm materializm inkar olunur, həm də xurafat. Həm də idealizm. Bizim fəlsəfəmiz Mütləqçilik Fəlsəfəsidir.
İkinci, İnsan məsələsi. Bizim fəlsəfəmizdə İnsan özündə Mütləqilik gəzdirən, bu səbəbdən də gerçəklikdən, şəraitdən, mühitdən, cəmiyyətdən, zamandan üstün olan, Mütləqləşməyə meyl eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. Bu səviyyədə Mütləq İdeya olmayıb. Bu, müasir fəlsəfənin bədbinliyinə və dinə qarşıdır.
Və üçüncü, Dünyanı dərk etmək, onu başa düşmək, anlamaq, son nəticədə İnama gətirib çıxarmaq. Hələlik heç bir dövrdə fəlsəfə gəlib İnama çatmayıb. Özün görürsən ki, bunun hər biri bir Aləmdir və qısa şəkildə bizim fəlsəfəmizin canı budur.

Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
— Atamız var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
— Atamız var olsun!