Azərbaycanlı yazıçı Eluca Atalının yaradıcılığı Hindistanda doktorluq mövzusu oldu
Müasir ədəbi tənqiddə özünü yenidən yaratma:
Eluca Atalının poeziyasında Azadlıq, Zaman və Müqavimət
(Azərbaycanlı yazıçı Eluca Atalının yaradıcılığı Hindistanda doktorluq mövzusu oldu.)
Müəlliflər:
Baş Tədqiqatçı Sankar Sarkar və
Prof. (Dr.) Vineeta Kaur Saluja
Mangalayatan Universiteti, Jabalpur, MP
Giriş:
Eluca Atalının beş – “Özünü gətir,” ”Böyükdüm…,” “Yad dildə azadlıq nəğməsi,” “Azadlığın həbsi əllərdən başlayır” və “Özümə həsrət…” şeirlərində – yadlaşma, azadlıq, müqavimət, zaman və parçalanmış şəxsiyyətdən bəhs edilir. Şeirlərdə yuxarıda göstərilən keyfiyyətlər ön plana çıxarılır, məhz bu xüsusiyyətlərilə fəlsəfi və siyasi bir məzmun təşkil edir. Əsərlərində xüsusilə geopolitik reallıqlar (Çeçenistan, Cənubi Azərbaycan, post-Sovet repressiyası) kök salsa da, onlar regional özünəməxsusluğu aşaraq ingilis ədəbiyyatının başlıca ənənələri ilə, xüsusilə romantizm, modernizm, postkolonial yazı, ekzistensial fəlsəfə və siyasi poeziya ilə güclü rezonans yaradır.
Eluca Atalının poeziyası minimalistik dil, alleqorik obrazlar və mənəvi aktuallıqla xarakterizə olunur və Uilyam Bleyk, V.B.Yeats, T.S.Eliot, V.H.Odin, Simus Hini, Mahmud Derviş (ingilis tərcüməsində) və Derek Uolkott kimi şairləri xatırladır. Lakin Atalı didaktik lirizmində fərqlənir, burada şeir təkcə estetik ifadə deyil, həm də etik təlim rolunu oynayır.
1. “Özünü gətir”:
Anti-materializm və romantik özünəqayıdış:
“Özünü gətir” ekzistensial həqiqilik tərəfdarı olan bir manifest-şeirdir. Müəllif şerini ünvanladığı insanı maddi əşyalar, texnologiya və hətta zamanın özündən azad olaraq gəlməyi tövsiyə edir. Bu, Jan-Jak Russonun təbii insan ideyasını və Uordsvortun “Dünya bizə çoxdur” şeirindəki sənaye yadlaşmasına romantik etirazı xatırladır.
“Əşyalar artıqca heçləşir insan,
İnsanı özündən ayırır onlar”.
Bu hiss Uordsvortun insanlığın “ürəyimizi verdik, alçaq bir lütf ilə” deyərək inildəməsinə birbaşa paralellik təşkil edir. Lakin Eluca Atalı, romantikdir, anti-materializmə qarşı mobil telefonu qoyur, cib telefonunu yadlaşmanın əsas, başlıca səbəbi kimi göstərir. Bununla da telefonun əsas yadlaşma vasitəsi olduğunu vurğulayır, rəqəmsal dövr üçün belə insanın mərkəzdə durmasının vacibliyini qeyd edir və bununla da hər şey insan üçün fikrini nida ilə dünyaya bəyan edir.
İngilis ədəbiyyatında T.S.Eliot müasir həyatın kimliyi parçaladığı “J.Alfred Prufrokun sevgi mahnısı” və “Səhra torpağı”nda oxşar narahatlıqlara toxunur. Lakin Eliotun cavabı pessimist və istehzalıdır, Eluca Atalının cavabı isə tamamilə ümidverici olmaqla yanaşı, tövsiyə xarakteri daşıyır. Eluca Atalı azadlığın mümkünlüyünün cismani sərvətlərdən şüurlu şəkildə imtina etməklə olduğuna inanır.
E.Atalının yaradıcılığında zamandan imtina motivi – “Saatını aç!” – sonradan modernist poeziyaya hopmuş mexanikləşdirilmiş zamana dair Anri Berqsonun fəlsəfi tənqidini xatırladır. D.H.Lorens kimi, Eluca Atalı da oxucunu mexaniki varlıq üzərində instinktiv varlığı geri qaytarmağa çağırır.
2. “Böyükdüm…”:
Mənəvi inkişaf və dinc müqavimət:
Bu şeir metafora vasitəsilə etik yetkinliyi təcəssüm etdirir. Daşlar düşmənliyi, zülmü və təxribatı simvolizə edir, danışanın cavab verməkdən imtinası isə mənəvi böyüməni ifadə edir.
“Onda daha böyükdüm!
Görürdüm, özümü görməzliyə vurdum…”
Bu mətanətli təmkin Uilyam Bleykin “Cəsarəti zəif olanın hiyləsi güclü olar” atalar sözünü xatırladır.
Şeir U.H.Odenin siyasi şeirləri ilə birbaşa rezonans doğurur, burada mənəvi cəsarət tez-tez reaktiv zorakılığı rədd etməkdədir.
Şeir həmçinin Qandinin zorakılıqdan imtina mövzusu ilə üst-üstə düşür. Bu mövzu ingilisdilli poeziyada Taqorun əsərləri və Odenin müharibə dövrü etikası vasitəsilə ortaya çıxır. Şeirləri zorakılığın vəhşiliyini vizual olaraq ifşa edən Vilfred Ouendən fərqli olaraq, Eluca Atalı fiziki qarşıdurmadan daha çox etik
transsendensiyanı vurğulayır. Bəzən də təfəkkür üçün əlçatmaz olan sərhədləri aşır.
Son obraz – danışana zərər vermədən səs-küylü şəkildə toqquşan iki daş – zorakılığın nəticədə özünü məhv etdiyini göstərir. Bu fikir Yeatsın “İkinci gəliş” əsərində qarışıqlığın qarışıqlıq doğurduğu hissini tapır. Lakin Eluca Atalının tonu daha sakit, demək olar ki, pedaqojikdir, apokaliptik (qiyamət) qorxusu deyil, daha çox müdriklik təklif edir.
3. “Yad dildə azadlıq nəğməsi”:
Postkolonial dildə siyasət
Bu şeir birbaşa postkolonial nəzəriyyə ilə, xüsusilə dil və güc siyasəti ilə birbaşa əlaqəlidir. Çeçen döyüşçüsünün rus dilində azadlıq mahnısı oxuması obrazı Nquqi va Tionqonun müstəmləkə dillərinin həm zülm edə biləcəyi, həm də mənimsənilə biləcəyi arqumentini xatırladır.
İngilis ədəbiyyatında Derek Uolkott və Çinua Açebe güclü şəkildə müstəmləkə dillərinin strateji istifadəsini müdafiə etmişlər. Onlar kimi, Atalı da paradoksu görür: lakin zülmkarın dilində ifadə olunan azadlıq nəğməsini qəbul etmir.
“Bu bir riyazi məsələ deyil… Məsafə ölçəni at kənara!”
Burada Atalı Bleykin ölçüyə və romantik intuisiyaya inamsızlığını təkrarlayaraq maarifçilik rasionalizmindən imtina edir. Məsafə məkandan daha çox etik olur – kilometrlərlə deyil, ədalətlə ölçülür.
Şeirin nəticəsi–döyüşçünün “vaxtı dairədə yoxlaması” dərin modernist baxışdır. Bu, Eliotun “Yanmış Norton”dakı vaxtını xatırladır. Bu, azadlıq xətti deyil; o, dayandırılıb, gecikdirilib və izləniləndir.
4. “Azadlığın həbsi əllərdən başlayır”:
Siyasi narahatlıq və yerli faciə:
Bu şeir Eluca Atalıdan seçdiyimiz beş şeirin içində ən açıq siyasi və emosional dağıdıcı olanıdır. O, dövlət zorakılığını irihəcmli təsvir vasitəsilə deyil, intim məişət pozuntusu vasitəsilə təsvir edir, bu texnika Simus Hininin Şimali İrlandiya haqqında “Cəza” və “Qəza qurbanı” kimi şeirləri ilə ortaqdır.
Ən güclü obraz uşağın düşmən tərəfindən tutulan atasına yellədiyi əlin havada donub qalmasıdır:
“Hərəkətsizliyim dondurdu
onun üzündəki təbəssümü…”
Bu an Wilfred Ouenin müharibə travmasında dayandırılmış vaxtdan istifadəsini xatırladır, lakin Atalının diqqəti mülki, ailəvi və psixolojidir. Şeirin adından da məlum olduğu kimi, azadlığın əvvəlcə əllərdə həbs olunduğu iddiası həm hərfi, həm də simvolikdir: əllər təşəbbüs, ifadə, yazı və müqaviməti təmsil edir.
Müqayisəli obrazlar Adrienne Riçin siyasi poeziyasında görünür, şəxsi itki ideoloji tənqid sahəsinə çevrilir. Lakin Atalı açıq polemikadan çəkinir; onun gücü duyğusal ifadənin mülayimliyindədir.
5. “Özümə həsrət…”:
Ekzistensial parçalanma və Vaxt:
Bu fəlsəfi miniatür ekzistensialist poeziyanı, xüsusilə Semuel Bekketin nəsr və şeirlərini, Filip Larkinin vaxt haqqında düşüncələrini əks etdirir. Özümlüyü parçalanmış, başqalarının arzuları arasında səpələnmişdir.
“Mən paralanıb, parçalanıb səpilmişəm
Özgələrin istəyinə!”
Bu modernist düşüncə yadlaşma ilə uyğunlaşır, lakin Atalı metafizik bir ümid təqdim edir: özünlə birləşmə saatın dövr edən əqrəblərindən – vaxtdan qaçmaqla mümkündür. Saat çərçivəsindən atılma obrazı Bleykin vizioner ucalmasını və Eliotun dəyişməz nöqtəsini xatırladır. Larkinin zamana təslim olmasından və ya Eliotun zamanı dini həllindən fərqli olaraq, Atalının cavabı inam, ya da ümidsizlik deyil, özünü yenidən ələ keçirməkdir. Şeir təklif edir ki, şəxsiyyət siyasi bir hərəkətə çevrilib, amma zamana və sosial nəzarətə müqavimət vasitəsilə yenidən əldə edilir.
Stilistik xüsusiyyətlər və Orijinallıq:
Bu şeirlərlə əlaqədar Atalı aşağıdakılardan istifadə edir:
1.Uitmen və modernistlərə bənzər sərbəst şeir;
2.Mənəvi aydınlığı artıran sadə dil;
3.Məcaz üzərində alleqoriya, şeirlərə universal rezonans verir;
4.Didaktik lirizm, şairi mənəvi rəhbər kimi mövqeləndirir;
5.İngilis şairləri tez-tez təlimi kinayə ilə gizlədərkən, Eluca Atalı birbaşa müraciəti qəbul edir, Eliotun qeyri-müəyyənliyindən çox Bleykin peyğəmbərlik rejimini xatırladır.
Nəticə:
Eluca Atalının poeziyası romantik humanizm, modernist parçalanma və postkolonial müqavimətin kəsişməsində dayanır. Onun işi ingilis ədəbi ənənələrinin başlıca nümunələri ilə məhsuldar dialoq aparmaqla yanaşı, yaşanmış siyasi mübarizədə köklənmiş fərqli bir etik aydınlıq saxlayır. İngilis modernistləri tez-tez yadlaşmanı diaqnoz qoyanda, Eluca Atalı azadlığı təyin edir. Postmodern poeziya mənanı şübhə altına alanda, Atalı ədalət, özümlük və azadlıqda israr edir. Onun şeirləri bizə xatırladır ki, ədəbiyyat mənəvi təxəyyül və siyasi şahidlik üçün həyati bir məkan olaraq qalır. Bu mənada, Eluca Atalı şeirin təkcə sənət üçün deyil, həm də yaşamaq və müqavimət aktı olduğunu dərk və təbliğ edən şairlər cərgəsinə qoşulur.