Asif Ata: Mərhələlər
Asif Ata
Mərhələlər
(Asif Atanın “Həqiqət Azadlığı – Cəfəngiyyat Əsarəti” Müqəddəs Kitabından)
1.Təbiət uzun müddət Təxəyyüldə, Təfəkkürdə İnsaniləşib. Sonradan Elm və Müstəqil Varlıq kimi dərk edilib. İnsaniləşmədən Ayrılıb.
Təbiətə İnsani münasibt yaranmalıdır – Bilinməlidir ki, Təbiət Dünyanın Təməlidir – Təbiət Dağılsa – Dünya Dağılar, Təbiət İnsana yalnız Mənfəət gətirmir, həm də Səadət gətirir, Təbiətsiz İnsan bədbəxt olar.
Təbiətlə İnsan arasında Daxili Doğmalıq var – Təbiətsiz İnsan Yetim qalar.
2.İnsan uzun müddət Cəmiyyətsiz Yaşayıb. Sonra o, İnsaniliyə Yaramayan Cəmiyyətlərdə Yaşamağa başlayıb və Yaşayır.
İnsani Cəmiyyət Yaranmalıdır: Ağasız, Nökərsiz, Təbəqəsiz, Yağılıqsız – yəni əslində Cəmiyyətçilik – Xalqçılıqla əvəz olunmalıdır.
3.İnsanı Din – Bəndə sayıb, Bədiyyat – Təbiətin Əşrəfi.
Əslində isə İnsan Kamilləşməyə qadir olan Ruhani Varlıqdır.
Dünyada Kamil İnsan Yaranmalıdır, İnsan öz Kamilliyini Yaratmalıdır.