Eluca Atalı yaradıcılığının qayəsi
Eluca Atalı. Bu imzanı 25 ildi – “Adamdan üstün” kitabı yayımlanandan tanıyıram. Maraqlıdır ki, o kitabdan sonra yayımlanan bütün əsərlərində yazıçı adamdan üstün İnsan axtarışında oldu. Yalnız axtardımı? Yox! O adamdan üstün görmək istədiyi hər kəsi əsərlərində yeri gəldi tərbiyə etdi, yeri gəldi tənqid etdi, yeri gəldi başqa canlılarla müqayisə etdi. Lakin heç bir zaman alçaltmadı, yerdən-yerə vurmadı, əksinə yaratdığı obrazları əsərlərinin sonuna qədər müdafiə etdi, “sağaltmağa” çalışdı, doğru yolu göstərməklə adamdan üstün olmanın da yollarını onlara göstərmiş oldu.
Əksər yazıçıların əsərlərində özlərindən bir parça
vardır – yaşadığı həyat, düşüncələri, arzu və istəkləri bu və ya digər şəkildə qələmə alınan əsərlərdə özünü göstərir. Eluca Atalının əsərlərində bunu hansı konseptdən görə bilirik? Eluca olduqca mehriban, səmimi və həqiqətpərəst insandı. Bu onun qələmindən çıxan bütün əsərlərdə özünü göstərir. Təqdim etdiyi hər yazı nümunəsini əzizləyərək yaratdığı açıq-aşkar hiss edilir. Onun yaradıcılığı bütünlüklə öyrətmək üzərində qurulub. Yazıçılar yalnız dövrlərinin deyil, bütün dövrlərin öyrədəni – müəllimidir. Eluca Atalı da bu öyrətmən-müəllimliyi uğurla yerinə yetirir. Yazıçının xarakterindəki mülayimlik, səmimilik, yazılarına hopduğundan əsərləri asanlıqla oxunur.

Son olaraq yazıçının “Atanurun macəraları” əsərinin əlyazmasını oxudum. Bir uşağın timsalında vəfanı, etibarı, xarakterin tamlığını bu qədər vermək olardı. Sübh tezdən oyanaraq xalasını yanında görməyən uşaq yazıçının təxəyyülü ilə müxtəlif macəralar yaşayır. Xalasının axtarışı ilə “yola çıxan” balaca qızcığazın timsalında Eluca Atalının hər zaman axtarışında olduğu “İNSAN”ı görürük. Bütün arzusuna, istəyinə rəğmən xarakterinin, vicdanın əksinə getməyən Atanur məhz arzulanan insanlığın özü idi! O, artıq uşaq olmasına baxmayaraq, sağlam cəmiyyətə sağlam üzv kimi qatılmağa hazırdır.
Əsərdə müxtəlif quşlardan, onların xüsusiyyətlərindən ətraflı bəhs edilir ki, bu da uşaqlar üçün nəzərdə tutulan əsərin böyüklərin də nəzərindən kənarda qalmayacağı yəqinliyini hasil edir.
Maraqlı süjet xəttinə malik olan “Atanurun macəraları” əsəri oxucunu əsərin sonuna qədər intizarda saxlamaqla onun daha həyəcanlı və maraqlı olmasına, bir nəfəsə oxunmasına səbəb olur. Sonda xala da tapılır, Atanur xalasına qovuşur, ancaq bura çatana qədər oxucu artıq çox mətləbləri anlamış, xüsusilə bəzi quşlar və heyvanlarla bağlı çox bilgiləri öyrənmiş olur.
Əsər nağıl üslubuna yaxın olduğundan oxunaqlı və yaddaqalandı. Bütün parametrlərinə görə orta məktəb dərsliklərinə salına bilinəcək bir əsərdi.
Təranə Musayeva
Azərbaycan Yazıçılar Birliyinin və
Türkiyə İLESAM-ın üzvü,