Çingiz Aytmatovun qadın versiyası
Aysun Kaya
(Azərbaycanlı yazar Eluca Atalının ”Anka kuşu – Yeniden doğuş” kitabı ilə bağlı düşüncələrim)
Güclü olan deyil, cəsur və qətiyyətli olan hədəfə mütləq çatacağını möhtəşəm anlatmış bir hekayətdir Eluca Atalının ”Anka kuşu – Yeniden doğuş ” əsəri. Bir də düşündüyümü yazmaq qərarına gəldim, imperialistlərin bir xalqı, bir ölkəni yox etmək, işğal etmək istədiklərində – ”Böl, parçala, yönəlt və payla” ideyasını yola çıxan sürünün timsalında vermişdir. Kitabda assimilyasiya siyasətinə qarşı durmağın yolları sətiraltı mənalarda güclü formada özünü büruzə verir.
Bəsit formada göstərilən və bildiyimiz kimi, üç quşun hədəfə yetməsi mental haldır və bu baxımdan kitabda yer alan Durna obrazı qədim türk mədəniyyətində müqəddəsliyi – Göy Tanrını təmsil edən bir quşdur. Göy Tanrı ta qədimdən Türklərdə saflığın, ucalığın, əlçatmazlığın rəmzi olmuş, insanlar Göyə and içmişdilər. Göy Tanrının təmsilçisi olan Durna quşunun nə zamandan rəmzləşdiyi məlum deyil, amma yalnız bildiyimiz budur ki, o, bizlərdən ötrü müqəddəslik simvoludur.
Xəbər gətirmə missiyası: Durnalar xəbər gətirib, xəbər götürüb daşıma xüsusiyyətləri baxımından ”Tanrının elçisi” olaraq qəbul edilmişdir və bütün türk dünyasının mahnılarında, qədim folklor nümunələrində bu vardır.
Gəlin götürək elə yaxın tariximizi:
Simvolizm: Durna Ələvi-Bektaşi folklorunda Həzrət Əlini təmsil edər və bu nədənlə müqəddəsdir.
Köç və Bərəkət: Köç sırasında ”V” şəklində düzülüb səmada uçaraq səfər etməsi Anadoluda bolluğun, bərəkətin simgəsi olmuşdur.
Bunu da əlavə etmək istərdim, yaşı bilinməyən qədim Anadolu qəbir daşlarının üzərində durna rəsmləri həkk edilmişdir. Eyni zamanda Anadoludakı xalq rəqslərində də durna uçuşu təsvir edilir.
Leylək: Türk inamına görə bolluq, bərəkət, Növruzun xəbərçisi, yeni doğacaq uşağı anasına gətirən, islam mədəniyyətində yolu Məkkədən keçdiyi üçün ”Hacı Baba” ismini almışdır. Azərbaycanda isə ”Hacı Leylək” adı ilə adlanır.
Leyləklər inanca görə, nəzər – pis gözdən qoruma və cadügərliyə qarşı qoruma qalxanına malikdir.
Sayğı və qoruma: Yuvalarına zərər vermək hər cür bəla gələcəyinə işarədir.
Ayrıca Leylək türk dastanlarında yer alır, Orta Asiya, yəni Türküstan folklorunda qadın və uşaqların qoruyucusu, doğum və bərəkətin Tanrısı sayılan Umay Ana Leylək olaraq təsvir edilir.
Anka quşu: Türklərdə ölüm və yenidən doğuşun, bilim və ölümsüzlüyün simgəsidir.
Türk dastanlarında və xalq inanclarında həm fiziksəl, həm də ruhsal bir yolçuluğun simgəsi olaraq önə çıxar.
Türklərdə bilimli, ağıllı davranışın nümunəsi hesab olunar və özlərinə hakim olmalarına dair çox sayda hekayə vardır. Hekayələrdə Anka quşu bilim, güc və cəsarət simvoludur. Qəhrəmanlara rəhbərlik edər və zorluqların öhdəsindən gələr.
Uzaq dağlarda, xüsusən də bilinməyən, əl yetməyən zor yerlərdə yaşayar. Burdan yola çıxaraq baxdığımızda Anka quşu küllərindən hər səfərində yenidən doğan türkləri simvolizə edər. O üzdən türklər üçün söylənən belə bir fikir mövcuddur: ”Türklər üçün iki seçim vardır: Ya İstiqlal, ya Ölüm!”
Eluca Atalının ”Anka kuşu – Yenidən doğuş” kitabı başından sonuna qədər həm psixoloji, həm fəlsəfi əsər olaraq möhtəşəm bir sual ortaya qoyur və final ilə əslində dünyanın hər yerindəki türklərin min illiklərlə mücadiləsini quşları simgələyərək anlatmış.
Daha bir etirafı etmək zorundayam. Dünən Eluca Atalının kitabları ilə bağlı Mustafa Uçar hocamızla söhbət etdik və orda bu cümləni deməli oldum: ”Eluca Atalı mənə görə, yeni bir Çingiz Aytmatov olma yolunda sürətlə irəliləyir. Tək bir fərqi var onun qadın versiyasıdır.”
Qələminə və idrakına sayğı duyuram, Eluca xanım. Apardığın mücadilədə yorulmayasan!