Yurd daşı yurdun sənədidir
Yazıçı Eluca Atalının “Yurd Daşı” adlı yeni kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. Əsər 1918-ci ildə Qərbi Azərbaycanda baş vermiş soyqırımı və deportasiya hadisələrini, eləcə də xalqımızın tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarını bədii dillə əks etdirir.
Kitabda yalnız insanların deyil, qədim yurd yerlərinin, tarixi abidələrin, məbədlərin və əsrlərin yaddaşını yaşadan daş abidələrin də məqsədli şəkildə məhv edilməsindən bəhs olunur. Müəllif tarixi faktlarla bədii təxəyyülü vəhdətdə təqdim edərək oxucunu milli yaddaşın qorunmasının vacibliyi barədə düşünməyə sövq edir.
Əsərdə Alban kilsəsində, Dənərgənddə və Haqqıxlıda baş vermiş qanlı hadisələr də təsirli şəkildə canlandırılıb. “Yurd Daşı” tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli-mənəvi dəyərlərin yaşadılması baxımından əhəmiyyətli əsərlərdən biri kimi qiymətləndirilir.
Kitabın əsas ideyası üz qabığında yer alan “Yurd sənədi kağızdan yox, daşdan olmalıdır!” şüarında da öz əksini tapır. Müəllif oxucuları yurdun tarixini, yaddaşını və milli kimliyini qorumağa səsləyir.

Xxx
Onun qarşısına daş çıxdı, düppədüz yolunun üstündəydi. Tapdamayıb yanından keçdi, amma sanki birdən-birə beynində ildırım çaxdı: Bu daş bura necə düşüb? Lap uşaq ikən gizlanpac oynayanda arxasında gizləndiyi ən uzun və enli məzar daşı idi. Hamısı onun bir hissəsiydi və möhkəm əzələlərlə param-parça edilmişdi. Geri döndü…
Daşın üzərinə sərilən vücudunu bir yerə yığmağa gücü yetmirdi… Qəddini qaldırdı, daşa sarı uzatdığı əllərini yanına çəkməyi bacarmadı… Çünki qolları daşı özünə çəkməyə onu məcbur edirdi… O, köhnə xatirələri ilə necə vidalaşacağını bilmirdi!