İrşad İdarəsi teatr tamaşası şən olduğu üçün səhnələşdirilməsinə izn vermədi
İrşad İdarəsi teatr tamaşası şən olduğu üçün onun səhnəyə çıxmasına izn verməyib.
Söhbət “Yüz il belə illərə” əsərindən gedir. Səhnə işinin rejissoru İran İslam İrşad idarəsi və mədəniyyət idarəsi tərəfindən dəstəklənmədiklərini bildirib.
“Neçə vaxt öncə “Susk xala”nın tamaşasını səhnələşdirməyə qərar vermişdik. Amma İrşad İdarəsi tamaşada qadınla kişinin birgə oynamasına qarşı çıxıb. Biz də razılaşdıq. Tamaşa hazır olanda “bu şən məzmunlu bir əsərdir və qadın rolu var. Yalnız mədrəsələrdə göstərilə bilər” deyə onun səhnəyə çıxmasına imkan verməyiblər. Çətinliklərə baxmayaraq yenə də mübarizə aparırıq. Teatr işini davam etdirir. “Fəcr” teatrında qrupumuzun uğur qazanmasını arzu edirik”.
Bildirək ki, tamaşa üç nəfərdən ibarət bir ailənin əhvalatından bəhs edir. Ailənin anası nüşül düzəltmək işi ilə məşğul olsa da, atasından çatan mirasa görə imkanlı biri hesab olunur. Oğul anasından onlara məxsus torpağı satıb, sevdiyi qıza elçi getməsini istəyir. Səhnə əsərində Novruz bayramı adət- ənənələri də yer alıb.
Qeyd edək ki, “Susk xala”nın tamaşası “Nətənzin Kövsər “ adlı festivalda 14 mükafata layiq görülüb.