Hasan BARIN’ın, ünlü yazar Eluca ATALI ile röportajı
Sayın Ustadım, əziz dost, bacım, yeni kitabınız öncəsi sizlə yenə bir röportaj üçün görüşüb və kitabınız öncəsi ilk reportajı mənə vermənizi xoşbəxtliyini və qürurunu yaşayıram. Bu duyğularla ilk sorumu sizə sorum.
H.B.: Bu kitabınızda nədən ilham aldınız?
Cavab: Keçən il Azərbaycana səfər etdikdə məni Bakıdakı 248 nömrəli məktəbin 2A sinfinə görüşə dəvət etmişdilər. Sizin də oxuyub haqqında dönə-dönə bəhs etdiyiniz “Ənqa quşu” kitabımla bağlı görüş idi. Açığını deyim, balacalarla görüşə gedəndə heyrətləndim.
Onlar o qədər balaca idilər, hətta oturduqları parta arxasından onların başı güclə görünürdü və elə bu səbəbdən də mənlə görüşə gəlmiş doslardan biri “çıxaq gedək, bu yaşda uşaqlar səni dərk etməzlər” dedi. Mən inadımdan dönmədim, o isə “vaxtını hədər edirsən” narazılığını bildirdi. Kitabın müzakirəsində bir daha təsdiqlədim ki, düz ünvana gəlmişəm. Çünki Ənqa quşunun özünüyaratma prosesini dil boğaza qoymadan təhlil edən balacaların məni heyrətləndirən daha bir əməlləri ilə rastlaşdım. Sinifdə olan 22 şagird kitabın surətini kağıza çıxarıb öz əlləri ilə cildləmişdilər. Mən isə onların hamısına imzalı kitab bağışladım, bizim aramızda qırılmaz ruhani körpü yarandı. Beləliklə, sizin sual etdiyiniz “Əgər quşlar olmasaydı…” kitabının qəhrəmanları haqqında bəhs etdiyim sinfin şagirdləri, baş rolda Ağ Göyərçin, Şəhriyar, Türkel və onlara dünyanın mahiyyətini, həyatın nədənliyini, insanın kimliyini dərk etdirən Mətanət müəllimədir.
Ağ Göyərçin alleqorik bir obrazdır, fədakar və müdrik bir canlı kimi təsvir edilmişdir. O, 30 il işğalda olub yer üzündən silinmiş Ağdam şəhərindəki savaş zamanı ordan şəhərə məktub daşıyır. Xeyirxahlıq etdiyi bir anda həm Qara Pişiyin şikar eşqindən can qurtarmaq üçün fəndlər işlədir, həm də Türkel və Şəhriyar təsadüfən öz faydaları üçün ondan bəhrələnmək istəyirlər. Burda quşa maddi münasibət var, amma, o öz vücudunu oda atıb insanları sevindirməyi üstün tutan bir varlıqdır.
Cavab: Azərbaycanın böyük filosofu Asif Atanın İnsan — Təbiət münasibətlərindən bəhs edən belə bir fikri var: “İnsan təbiətin bir hissəsidir və həm də ayrılmaz hissəsidir. İnsanın da, təbiətin də mənası var, lakin İnsan öz mənasına çata bilir, Təbiət isə çata bilmir. Çünki Təbiətdən fərqli olaraq İnsan Ruhani varlıqdır. Yəni onda İnam, İdrak, Mənəviyyat və İradə var.” Bu kitab insanın təbiətsiz yaşamasının mümkünsüzlüyünü hekayətlərlə anladan bir əsərdir.
Məktəblilər əsərin baş qəhrəmanı Ağ Göyərçini ovlayıb sinif otağındakı spirtin içində dərs vəsaiti kimi saxlamaq istəyirlər. Buna etiraz edən Mətanət müəllimə quşların insan həyatındakı əvəsiz rolundan, onların fədakarlığından hekayət edib, Çin Kommunist partiyasının rəhbəri Maonun “Böyük sıçrayış” projesinin öz ölkəsinə və dünyaya gətirdiyi fəlakətin acı nəticəsini anladır. Məlum olur ki, 2 milyard quşun öldürülməsi nəticəsində taxıl və çəltik tarlalarını parazit basdığından məhsul olmur, nəticədə 30 milyondan artıq insan acından ölür. Sonra Çin həmin quşları valyuta ilə SSRİ və Kanadadan alıb zədələdikləri ekosistemi bərpa edirlər.
H.B.: Kitabınızı yazmaq nə qədər zaman aldı?
Cavab: Tam olaraq iki həftəyə yazdım. Əlbəttə belə sürətlə yazmağıma səbəb mövzuya hakim olmağım idi, siz də yaxşı bilirsiniz ki, bundan əvvəl quşlarla bağlı 5 kitab yazmışam, onlardan üçü yayımlanıb, ikisi isə hələ yayımını gözləyir.
H.B.: Kitabınızdakı özləlliklə hədəf, oxucu kütləsi kimlərdir?
Cavab: Əsas hədəf — oxucu kütləsi uşaqlardır. 8-9 yaşlı oxucular üçün düşünülmüş uşaq macəra kitabıdır. Uşaqların anlayacağı dildə, yəni onların dünyagörüşü çərçivəsindədir. İnsan təbiətə necə münasibət bəsləməlidir? Təbiət insan üçün nədir? Quşlara və heyvanlara necə qulluq edilməlidir? — sualları ayrı-ayrı hekayətlər vasitəsi ilə izah edilir.
Cavab: Əgər yadınızdadırsa, “Ənqa quşu” kitabının ZOOM proqramı ilə olan tanıtımlarından birində buna bənzər sual olduqda, qeyd etdim ki, mən quşları öyrənməyə hardasa 5 yaşımdan başlamışam. Praktik olaraq 100-lərlə quşla canlı təmasım olub. Bir tərəfdən Qızıl ağac Dövlət Qoruğunun evimizə yaxın olması nəticəsində hər il payızda dünyanın müxtəlif ölkələrindən ora köçüb gələn quşların evimizin üzərindən uçub keçməsi, bəzən də həyətimizdəki gölə düşüb balıq, qurbağa tutmalarını müşahidə etməyim yaddaşıma hopub. Digər tərəfdən ovçu olan əmim hər gecə evə çoxlu sayda quşla dönərdi, onların adını, hansı ölkədən gəlməsini, nə qədər məsafə qət edib bizim yurda çatmasını böyük şövqlə danışardı. Bunlar mənim uşaqlıqdan bəri beyin arxivimdə yer alıb, mən indi o arxivdən bəhrələnirəm.
Keçən il İsveçdə 2 metrə qədər qar düşmüşdü, quşlar acından ölürdülər. Hər gün səhər 4-dən onları yemləməyə başlayırdım, bir quşa yem verirdim, sonra 20-30-u eyni zamanda pəncərəm önünə gəlirdi. Axşam 4-də qədər onlara yem verirdim. İnanın, elə gün olurdu ki, pəncərəm önündəki yemişan ağacına 50-dən artıq bülbül qonurdu. O ağacın adını “Motel otağı” qoymuşam. Mən dən verəndə üstü orman quşları ilə dolu olurdu. Çox da təsüfləndiyim anlar oldu, ilk qışını keçirən sığırçınlar don vurma nəticəsində ölürdülər. Buz üzərindən götürüb otağıma gətirirdim, bəzən çox üşüdüklərindən həyata qaytarmaq mümkünsüz olurdu. Təəssüf…
H.B.: Kitabınız hələ də əlimə yetmədi, amma üz qapağını gördükdə mənə yazmış olduğunuz “Anka kuşu” kitabına bənzətdim. Nə dərəcədə haqlıyam?
Cavab: Sizi haqlı sayıram, çünki “Anka quşu” kitabında olduğu kimi bu kitabın da üz qapağında təbiət təsviri var. Əslində kitabın görkəmi oxucunu kitabın içindəki mövzuya psixoloji baxımdan hazırlamalıdır.
Balaca oxucuların bu kitabı necə qarşılayacağı həyəcanını yaşayıram. Bilirsiniz ki, balacalara nəyi isə zorla sevdirmək olmur.
H.B.: Kitabınız Türkiyə türkcəsində Türkiyədə yayımlanacaqmı? Türkiyədəki oxucularınıza yetişəcəkmi bu kitab?
Cavab: Yuxarıda siz vurğuladınız ki, bu kitab Anka kuşu kitabı ilə mahiyyətcə yaxın bir kitabdır. Necə ola bilər Ağ Göyərçinimiz Ankanın bərabərində Türkiyə səmasında uçmasın? Bildiyiniz kimi, son dönəm İstanbuldakı Çinaraltı yayımlarında kitablarım yayımlanır və “Əgər quşlar olmasaydı…” kitabının mövzusu, mahiyyəti ilə bağlı yazar, tərcüməçi Alpaslan Demirlə konuşmuşuq. İnanıram ki, tezliklə bu kitab da türkdilli oxucularımıza yetişmiş olar.
H.B.: Son olaraq oxuculara nə demək istərdiniz?
Cavab: Arzu edirəm oxucularım ilk növbədə təbiəti öyrənsinlər, çünki insan təbiətsiz yaşaya bilməz. Ondan düzgün və qədərincə bəhrələnsinlər, bu gün ekoloji problemə çevrilən tullantıları təbiətə atıb onu zədələyib, zəhərləməsinlər. Bu zəhər hardasa, dolayı yolla insanın vücuduna qayıdır. Yəni özlərinə ziyan vurmaqdan çıkinsinlər. “Sağlam bədəndə sağlam ruh olar” fikri ilə Asif Ata razılaşmırdı. “Sağlam ruh sağlam bədən tədarük edir” deyirdi və bu fikri də “Əgər quşlar olmasaydı…” kitabında canlandırmışam.
Hasan bəy, sizə isə sonsuz minnətdaram, çünki kitabı ilk olaraq siz oxuculara təqdim edirsiniz.