Avropanın böyük şəhərlərində İran rejiminə qarşı “Azadlıq, Ədalət, Milli Hökumət” yürüyüşü önərisi!
İran dövlət televiziyası Azərbaycanı təhdid edir. İran dövlətinin rəsmi mediasında Azərbaycan türkçəsində bir neçə video klipi yayınlayaraq Azərbaycan Cumhuriyetini işğal etmek və İrana qatmaqla təhdid edir!
İran son zamanlar açıqca Azərbaycanı təhdid edir. Bir neçə yol Azərbaycan Cümhuriyyətinin səhədlərində öncədən bildirmədən ordu gövdəsini göstərərək “Qudsun yolu Bakıdan keçir” deyir. Tehranda Azərbaycan səfirlində silahlı basqın düzənləyərək səfirliyin əməkdaşı olan bir yurddaşımızı şəhid edir. Keçən həftə isə Azərbaycanın Millət Vəkili Fazil Mustafanı öz evinin önündə terror etməyə əl atır. Azərbaycana rəsmi formada nota verir.
Biz Azərbaycan türkləri Avropanın böyük şəhərlərində İranın bu azğın, qudurmuş davranışlarına qarşı etiraz mitinqləri keçirb bölgədə qan tökülmənin qarşısını almalıyıq.
İran rejiminə qarşı etiraz mitinqləri keçirməyi dəstəkləyən yurddaşlar göstəri keçiriləcək şəhərlərdə öz komitələrini yaradıb, göstərinin tarixini seçmək, göstərinin şüarlarını və necə keçirələcəyi haqda Whatsapp qruplarına qatılaraq öz fikirlərini bildirmələri önəmlidir.
İsveçdə yurddaşların bir neçəsi Stokholmda İranın Azərbaycana qarşı siyasətini qınamaq üçün bir yürüyüşün keçirlməsini irəli sürürlər. Avropanın başqa yerlərində də, biz Azərbaycan türkləri, Belçikanın böyük şəhəri Brüssel yürüyüşündə olduğu kimi, göstəri keçirməyə razılıq versələr, eyni gündə, eyni şüarlarla, bir də eyni bəyanatla yürüyüşü gerçəkləşdirə bilərik. Bu göstərilər Amerika və Kanada da keçirmək olar.
Yürüyüş önərisinin amacı:
1- Başda İran silahılı qüvvəsi olan “Sipah” adlanan quruluş olmaqla İran hakimiyyətinin mahiyyətinin bir terror quruluşu olduğunu göstərmək,
2- Öz milli istəklərimizi dünya ictimaiyətinin, beynalxalq quruluşların qulağına çatdırmaq,
3- Xaricdə gücümüzü bir araya toplamaqla gələcək işlərimizdə təşkilatlanmağa yol açmaq,
4- İçəridə, Quzeydə də Güneydə də milli haqlarımız yolunda mübarizə edənləin arasında ruh yüksəkliyinin yaranmasına yardım etmək.
5- Milli haqlarımızı qəbul etməyən fars qruplarıyla kəskin uzaqlaşaraq öz bağımsız sıralarımızı gücləndirmək.
Sayğılarımla
Settar Sevigin
İsveç 2023-03-31