“Milli Dəyərlər və Qlobal Vətəndaşlıq” adlı beynəlxalq sosial məsuliyyət layihəsi 5 may 2025-ci il tarixində təşkil olunan açılış tədbiri ilə rəsmi olaraq fəaliyyətə başladı. “İki Dövlət, Bir Millət” anlayışı ilə həyata keçirilən bu layihə, Türkiyə və Azərbaycandan yüzlərlə müəllimi ortaq bir məqsəd ətrafında bir araya gətirir: milli dəyərlərə sadiq, eyni zamanda qlobal vətəndaşlıq şüuru ilə yetişən bir gənclik formalaşdırmaq. Layihə “Milli dəyərlərlə qlobal arenaya addımlayan bir gənclik üçün bir yerdəyik!” şüarı ilə yola çıxıb.
Açılış Geniş İştirakla Keçirildi
Zoom platforması üzərindən canlı yayımlanan açılış toplantısı eyni zamanda YouTube kanalından da izləyicilərə təqdim olundu. Tədbirdə akademiklərdən sənətçilərə, təhsil rəhbərlərindən diplomatik nümayəndələrə qədər bir çox tanınmış şəxs iştirak etdi.
Mədəni Qardaşlığa Güclü Vurğu
Çıxış edən natiqlər iki ölkə arasındakı mədəni bağların təhsil vasitəsilə daha da möhkəmlənəcəyini vurğuladılar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdar müəllimi Zülfiyyə Vəliyeva milli kimliyin qorunaraq qlobal baxış bucağının necə inkişaf etdirilə biləcəyinə dair təcrübələrini bölüşdü.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov iki ölkə arasında davam edən qardaşlıq əlaqələrinin mədəniyyət və təhsil layihələri ilə daha da gücləndiyini qeyd etdi. Elm və Təhsil Nazirliyinin nəzdindəki Məktəbəqədər və İbtidai Təhsil jurnalı baş redaktoru Böyükağa Mikayıllı isə çıxışında ibtidai təhsildə milli dəyərlərin aşılanmasının əhəmiyyətini vurğuladı.
Türkiyədən layihəyə dəstək verən akademiklərdən Prof. Dr. Mehmet Yüce və Doç. Dr. Devrim Alkaya layihəyə göstərdikləri elmi dəstəyi dilə gətirdilər. Xalq musiqiçisi Neslihan Yılmaz Ören isə ifa etdiyi türkülərlə tədbirə bədii zənginlik qatdı.
Könüllülük Ruhunda Formalaşan Bir Uğur Hekayəsi
Layihənin qurucularından Zübeydə Yanar və Aynur Axundova icra prosesində könüllülüyün və müəllimlər arasında həmrəyliyin əhəmiyyətini xüsusi olaraq qeyd etdilər. Layihənin təməl prinsiplərinin 2021-ci ildə Aynur Axundova tərəfindən Türkiyədə atıldığı, 2024-cü ilin sonlarında isə geniş müəllim auditoriyasına çatdırılaraq bugünkü əhatəli formasına gəldiyi bildirildi.
Təxminən 500 müəllim və elm adamı tərəfindən dəstəklənən layihə, 28 nəfərlik koordinasiya qrupu tərəfindən idarə olunur. Layihəyə may və iyun aylarında müəllim təlimləri ilə start verillib ,may ayında BMT -nin Beynəlxalq məktəb layihəsi çərçivəsində Global Vətəndaşlıq mövzusunda təlimləri Türkiyədən BMT -nin mentor və məktəb səfirləri tərəfindən keçirilmişdir.Sentyabr ayından isə məktəblərin dəstəyi ilə hər ay fərqli mövzularda müəllim və şagirdlərlə birgə fəaliyyətlərlə davam edəcək.
Milli və Qlobal Dəyərlər Arasında Tarazlıq
Layihə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə etdiyi çıxışda qeyd etdiyi “Milli kimliyini qoruyaraq qlobal hədəflərə doğru irəliləyən gənclik” vizionu ilə tam şəkildə üst-üstə düşür. Təhsil işçiləri bu məqsədə çatmaq üçün ortaq düşüncə və qətiyyətlə fəaliyyətlərini davam etdirirlər.Layihədə Müəllim Təlimləri də Yer Alır
Layihə çərçivəsində yalnızca şagirdlərə deyil, müəllimlərə yönəlik təlimlər də planlaşdırılıb. Bu təlimlərin birincisi Birləşmiş Millətlər Təşkilatının Qlobal Məktəblər Proqramının mentorlarından Elif Selçukun koordinatorluğu ilə həyata keçirilib. Təlimdə dayanıqlı inkişaf məqsədləri (DİM) haqqında əhatəli məlumatlar təqdim olunub. Proqrama Savunucu Şükran İnce Toy və onun mentoru Burcu Önder Gürpınar, eləcə də Savunucu Özlem Ercan və onun mentoru Büşra Dursun təlimçi kimi qatılıb. İştirak edən müəllimlərə DİM-in təhsil vasitəsilə necə yayğınlaşdırıla biləcəyi, sinif daxili tətbiqləri və nümunə layihələr üzərindən izah edilib.