Zabul Universitetinin 16 öyrəncisi qadın-erkək olaraq qarışıq yemək yediklərinə görə ixrac edilib
İranda universitet öyrənciləri və professorlarının sıxışdırılmasının davam etdiyinə dair xəbərlərə əsasən, dünən, cümə axşamı 9 Fevral, Zabul Universitetinin ən azı 16 öyrəncisi universitet yeməkxanasında qadın-erkək qarışıq yemək yedikləri üçün Universitetdən qovulublar.
Ölkənin öyrənci birlikləri şuraları elan ediblər ki, Zabul Universitetinin aktyorluq öyrəncisi “Müjdə Səadəti”, fizika fakültəsinin öyrəncisi “Sara Cəhantiğ” inşaat mühəndisliyi öyrəncisi “Şəhab Kəmali” bu universitetin nizam-intizam komitəsi tərəfindən qovulublar, lakin qalan tələbələrin kimliyi məlum deyil.
Bu öyrənci şurasının məlumatına görə, bundan əlavə, bu universitetin kənd təsərrüfatı mühəndisliyi fakültəsinin öyrəncisi olan “Siyavuş Fətahi” iki semestr təhsildən və yataqxana kimi sosial rifahdan məhrumetmə cəzasına məhkum edilib.
Bu öyrəncilərin hamısı universitet yeməkxanasında qadın-erkək qarışıq yemək yedikləri üçün nizam-intizam komitəsi tərəfindən çağırılıb və hamısı qovulub.
Universitet professorları ilə bağlı son hadisədə Tehranın Əllamə Təbatəbai Universitetinin Ünsiyyət Elmləri Fakültəsinin professoru “Mürtaza Mərdiha”nın vəziyyət aydınlaşana qədər fakültədə dərs deməsi qadağan edilib.
Ötən gün İran universitetlərinin daha üç professorunun fəaliyyətinin dayandırılması xəbəri yayılıb. Tehran İncəsənət Universitetinin iki professoru Əmir Maziar və Kuroş Golnarı və Kirmandakı Bahonar Universitetinin siyasi sosiologiya professoru Zəhra Xoşkcan etiraz aksiyası keçirən öyrənciləri dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılıblar.
Ümumi etirazlar başlayandan indiyə qədər insan haqları mənbələrinə görə, İran universitetlərinin etirazlarında yeddi yüzdən çox öyrənci həbs edilib və hətta bu etirazlarda bəzi öyrəncilər öldürülüb. Hökumət akademiklərə ağır cəzalar verməklə universitetlərdə etirazların davam etməsinin qarşısını almağa çalışır.