Dünyaya gərək olan Türkçülüyümüz
Dünyaya gərək olan Türkçülüyümüz
(Turançılar Qurultayına)
Ürəyinizdə Günəş olsun!
Mənəvi Turançılıq İdeyası, Türkçülüyün Bərpası, Yeni Türkçülərin İdrak, Mənəviyyat və İradə Əməli gərəkdir Dünyaya.
Ruhsuzlaşan Həyata Türk Ruhu gərəkdir. Minsifətliyə qarşı Birsifətlik, Hərcayiliyə qarşı Müqəddəslik, İnamsızlığa qarşı İnam,
Tərəddüdə qarşı Qətiyyət!
***
Türkçülüyün Zərdüştçülük kimi Təməli var.
Od İşığı Hikməti, Zülmətlə Döyüş Əzmi, möhtəşəm Hürmüzdlük-Təmiz Fikir, Təmiz Duyğu, Təmiz Əməl Tələbi var.
Zərdüştün Allahı İnsan üçün Döyüşən Allahdır; – İnsanı Bəndələşdirmir- Xilas edir; Messiyaların Birincisidir, Peyğəmbərliyin Təməlidir. Zərdüştçülükdə Od-İşıq Rəmzidir; Zərdüştçülük əslində İşıqçılıqdır.
Yanmasan İşıqlanmazsan-İşıqlandırmazsan.
Od qorumaq burada rəmzi məna kəsb edir; – Daxili İşığı Qorumaq, Daxildəki Qaranlığı yandırıb kül eləmək.
Dünyanı Əhriməndən-Şərdən təmizlmək.
***
Türkçülüyün Babəkilik kimi Təməli var.
Özünəməxsusluq, Yenilməzlik, Azadıq Fərəhi – Xürrəmi.
Daxildə Şirvin gəzdirmək Qüdrəti.
Babəkin Allahı İnsanın Ağası deyildi-Daxili Gücüydü-Ağlıydı, Mənəviyyatıydı, İradəsiydi; – Onu İnsandan xaricdə axtarmaq lazım deyildi, o, İnsanın Özündəydi.
***
Türkçülüyün Dədə Qorqud kimi Təməli var – Ağsaqqallıq Ülviyyəti-Dayaqlığı, Ucalığı, Harayçılığı, Həyanlığı.
***
Türkçülüyün Hürufilik kimi Təməli var – İnsançılıq İlahilyi, Vəcd Zənginliyi, Cismanilik Ruhaniliyi.
***
Türkçülüyün Füzulilik kimi Təməli var; Eşqin İnam səviyyəsi – Aşiq Möminliyi, sevgili Allahlığı; Füzulidə Allaha aid edilən keyfiyyətlər, atributlar Sevgiliyə aid edilir;
Cəfakeşliik Fərəhi, Fədakarlıq Müdrikliyi vəsf olunur.
***
Türkçülüyün Muğam kimi Təməli var.
İnsanın Pillə-Pillə, Hal-Hal Kamiliyə Yüksəlməsi – Mütləqiliyə Yetməsi.
***
Türkçülüyün Saz kimi Təməli var.
Möhtəşəmliklə Zərifliyin Birliyi – həm qılınc şaqqıltısı, həm də ləlimək.
Türk ata minəndə Koroğlulaşırdı, atdan düşəndə Füzuliləşirdi.
***
İndi Türkçülüyün Azərbaycanda Ruhaniyyat Ocağı qalanıb.
Mütləqə İnam – Türk İnamıdır.
Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
Həyatın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil – Mütləq Mahiyyətinə İnam.
Dünyanın Özündən – öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
Həyatın Özündən – öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
İnsanın Özündən – öz Əzəli Mahiyyətindən Yaranmasına İnam.
Mütləq İnama əsaslanan Nikbinlik:
Mütləq Mahiyyətə malik olan Dünya – Dağılmaz, məhv olmaz; daim yaşar.
Mütləq Mahiyyətə malik olan Həyat – Dağılmaz, məhv olmaz; daim yaşar.
Mütləq Mahiyyətə malik olan İnsanlıq – Dağılmaz, məhv olmaz; daim yaşar.
Mütləqiliyə əsaslanan Həqiqət ölçüsü.
Yalnız Mütləq olan Həqiqidir.
Nisbi nə varsa – Qeyri – Həqiqidir.
Nisbi Xeyir – əslində Şərdir.
Nisbi Ədalət – əslində Ədalətsizlikdir. Nisbi Həqiqət – əslindəYalandır.
Nisbi Dostluq – əslində Yağılıqdır.
Nisbi Məhəbbət – əslində Nifrətdir.
Nisbi Qeyrət – əslində Qeyrətsizlikdir.
***
İnsanın Kamiləşmə Qüdrətinə İnam.
İnsan – özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstün olan, Mütləqə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır.
O, Kamiliyə çata bilər, çatmalıdır. Bu, onun əsas məqsədidir.
İnsanı İnsan eləyən 4 keyfiyyətdir:
İnam.
İdrak.
Mənəviyyat.
İradə.
Ruh bu keyfiyyətlərin Birliyidir.
Vicdançılıq, Təmənnasızlıq, Fədakarıq.
Vicdan – İnsanın Özünə Hakim olması- Zahiri Hakimliyin rədd edilməsi, Daxili Hakimliyin Mütləq Təsdiqidir.
Təmənnasızlıq – Münasibət Ləyaqətidir.
Fədakarlıq – Təmənasız Xeyirdir.
Xeyirin Xeyirdən başqa Mükafatı yoxdur.
İradə – İnsanın Zamandan Üstünlüyünün təsdiqidir.
***
Adam – İnsanlaşmalıdır.
Bəşər- İnama Yetməlidir.
İdraka Yetməlidir.
Mənəviyyata Yetməlidir.
İradəyə Yetməlidir.
***
Şərq – özünə qayıtmalıdır, Təqlidçilikdən qurtarmalıdır.
Türk Ruhu – Ruhsuzluq Qaranlığını Yarmalıdır.