Əgər xatırlayırsınızsa, 90-cı illərin əvvəllərində Asif Ata ilə tez-tez “Fikir Evi” və görüşlər keçirilərdi. O zaman Ata fikri ilə razılaşmayanlara Ata belə deyərdi: “Kaş, Ata səhv etsin, təəssüf ki, Ata heç vaxt səhv etmir!” Atanın “Üzübərk özgəçiliyimiz” izharını sizlərin ixtiyarına buraxırıq. Atanın 1993-cü ildə dediklərini 31 il sonra təhlil edək, görək, onun dediklərinin hansı biri olmayıb.
Asif Ata
ÜZÜBƏRK ÖZGƏÇİLİYİMİZ
(İzhar)
1.
Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşuldu, biz də qosulduq.
Rusiya parlamentçiliyə qosuldu, biz də qosulduq.
Rusiya bunu sivilizasiyaya qovusmaq adlandırır.Biz də…
Qərbçi Rusiya yaranir – qərbci Azərbaycan yaranır.
2.
Türkçülük şüarı hayqırdıq…
Rəsmi Türkiyə siyasətində Qərbçilik Türkçülükdən üstündür.
Nazarbayev “Kazaxıstan milləti” yaradir.
Rəsmi Özbəkistan və Türkmənistan Türkçülükdən uzaqdırlar.
Ümumtürk ruhaniyyatı əvəzinə – türkçülük şüarı…..
Türk ölkələrinin hərbi birliyi əvəzinə – Türkçülük şüarı.
Yenə də “bakılılar xüsusi millətdir!” özgəçiliyi səslənir paytaxtımızda…
3.
Xarici siyasətimizin nəticəsi – qəbul olunmaq, sayılmaq – bunlardan alınan körpə sevincidir.
Bizi filan birliyə qəbul elədilər, saydılar – Qələbə!
Bizi filan ölkə qəbul elədi – Qələbə!
Bakıdan filan paytaxta uçduq – Qələbə!
Filan nümayəndə heyətilə görüşdük – Qələbə!
Paytaxtimiza təzə səfirliklər açıldı – Qələbə!
Xarici ölkələrdə təzə səfirliklər açıldı – Qələbə!
Belə “qələbələrlə” böyümək olmaz!
4.
Xalqçılıq əvəzinə – hökumətçilik bərqərar olunur.
Plüralizm – çoxrəyçilik əvəzinə – hökumətaltılıq təsdiq olunur,
Diplomlar,imtiyazlar, “fəxri adlar” tilovunda mədəniyyət əvvəlki tərzdə oynadılır.
Xalq adından hökumətaltı “fəxri” qulluqçular hazırlanır.
Xalq şairləri, xalq artistləri, əməkdar elm xadimləri…
Təzə Süleyman Rüstəmlər yaranır.
Vicdan azadlığı əvəzinə – İşğalçılıq tüğyanı püskürür.
Hökumətaltı ziyalılarla hökumətüstü dinçilər birliyi yaranir.
Babəklərin, Nəsimilərin, Sabirlərin az qala mollalaşdırılması quraşdırılır.
Təzə farsçılığımız,ərəbçiliyimiz yaranır.
Riya bas alıb gedir.
Bütün yaradıcılığı müsavatın ifşasından və bolşevizmin vəsfindən ibarət olan Əlövsət Quliyevin adına küçə qoyulur və müsavat ideallarına sədaqətdən gecə-gündüz danışılır.
Bolşevizm ifşa olunur, Nərimanovdan, Əzizbəyovdan kənarda.