25 Noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın Ləğvi Günü münasibəti ilə ADB-Birlikin beyannaməsi
25 Noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın Ləğvi Günü, 1999-cu ildə, BMT Baş Assambleyasının qadınlara qarşı zorakılıq mövzusunda ictimaiyyətin məlumatlandırılması məqsədi ilə elan edildi. Bu vacib günü xatırlamaq və bölüşmək istəyənlər əslində insanlıq utancı olan qadınlara qarşı zorakılığa qarşı mübarizə yollarını axtarırlar.
Qısa tarixi baxış
25 noyabr 1960-cı ildə Dominikan Respublikasında diktaturaya qarşı mübarizə aparan üç bacı Patria, Minerva və Maria Mirabelin cəsədləri Bir uçurumun ətəyində tapıldı. Mirabel qardaşlarının təcavüz edildiyi və vəhşicəsinə öldürüldüyü sonralar diktaturaya qarşı mübarizənin simvolu olduğu kimi ortaya çıxdılar. Bu inkişaf edərək 1999.cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr 1999-cu il tarixini “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün beynəlxalq gün” olaraq qəbul etmək qərarına gəldi.
Mirabel qardaşları öldürüldükdən sonra qəzetlərdə bu ölümlərin Avtomobil hadisəsi nəticəsində baş verdiyini bildirən bir xəbər çıxdı. Ancaq həqiqət göründüyü kimi deyildi. Mirabel qardaşları Latın Amerikasındakı diktator Rafael Leonidas Trujilloya meydan oxudular, ölkələrindəki siyasi azadlıq əzmində mübarizə apardılar və beləliklə diktatura tərəfindən təqib edildi və dəfələrlə həbs edildi və nəhayət maşınlarından didərgin salınıb və təcavüz edildikdən sonra işgəncə ilə öldürüldülər. Daha sonra bu qırğın avtomobil qəzası kimi qeydə alındı.
1981-ci ildə Dominikada Latın Amerikası Qadınlar Konqresində; 25 Noyabr, “Qadınlara qarşı Zorakılığa Qarşı Mübarizə və Beynəlxalq Həmrəylik Günü” qəbul edildi. Daha sonra 1985-ci ildə BMT “25 Noyabr, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün beynəlxalq mübarizə elan etdi.” Pedro Mir (Dominikan şairi) “Amen de Mariposas” (Kəpənəklərin Amini) adlı şeirində üç bacının öldürülməsini qınadı. Eyni dövrdə Dominikan Respublikası və ABŞ-da ən çox satılan müəllif Julia Alvarez, Mirabel bacılarının həyatı haqqında romanını “Kəpənəklər dövründə” nəşr etdirdi. Və bu kitab Mirabel bacılarını kəpənəklər kimi məşhur etdi. 25 Noyabr 2000-ci ildə Mirabel qardaşlarının cəsədləri qadın təşkilatları tərəfindən doğulduqları kəndə köçürüldü.
Global problem
Zorakılıq etnik mənşəyindən, sosial mənşəyindən və statusundan asılı olmayaraq qadınlara qarşı işlənə bilər.
25 Noyabr, bütün cəmiyyətlərdə və mədəniyyətlərdə baş verən global problem olaraq qadınlara qarşı zorakılığa diqqət yetirildi. Qadınlara qarşı zorakılıq heç vaxt özəl bir problem deyildir, Bəlkə cəmiyyətin inkişafını ləngidən mədəniyyətə negativ təsir göstərən milyonlarla qadına qarşı insanlıq haqlarını ayaq altında taptalayan bütün cəmiyyətin problemidir. Bu rəqəmlər özü danışır
– Dünyadakı bütün qadınların 35 faizi zorakılıqla qarşılaşır. Ancaq bəzi bölgələrdə hətta 10 qadından 7-si belə hallara mərüz qalır.
– 600 milyondan çox qadın məişət zorakılığının qadağan edilmədiyi ölkələrdə yaşayır. Bu ölkələrdə qadına şıddət xsusi məsələ hesab olub ailə daxili problem kimi ələ alınır və qadınlar hətta boşanıb polis ya cəza organlarına baş vurduqda belə laqeydliklə qarşılaşırlar.
– Bütün cinsi təcavüzlərin 50 faizinə qədəri 16 yaşdan kiçik qızlara qarşı edilən cinyətlər daxilində.
– Bugünkü qadınların 750 milyonu 18 yaşına çatmadan evləndirilirlər.
– Bugünkü qadınların 200 milyonu cinsi istismara məruz qalmaqda.
– İnsan al- verinə məruz qalan bütün insanların 71 faizi qız və ya qadındır. Bunların 3/4 hissəsi cinsi istismar olunur.
Bölgədə və İranda
Bir çox müsəlman ölkələrdə, Əfqanistan və İran və… şəriyyətin qəddar imamlarn qadına qarşı qanunları ucubatından durum qat qat acınacaqlıdır.
Bu ölkələrdə qadın ciayətləri örtbas edilib hətta zorakılığa məruz qalan qadınlar belə bəzən günahkar tanınıb daşqala edilməkdədirlər. Belə hadisələrdə cinayətkarlar yox bəlkə qız uşaqları və qadınlar günahkar duruma düşürülüb bəzən hayatları ilə bu hadisənin bədəlini ödəməli olurlar. Qadınlar ailə daxili şiddətə məruz qaldıqda belə hətta öz ataları və qardaşları tərəfindən qınanıb “Ərinə itaət etmədin pis qadın “ kimi cəzalandırılıb sonra “Ər” evinə qaytarılırlar.
Qadınlar dunyanın harasında olur olsun birləşib kütləvi etirazlara baş vurub daş devrində qalmış cəmiyyətlərdə maarifləşdirmə işləri ilə qadınları ayıdıb kişilər ilə bərabər haqlara sahib insan kimi öz hüqüqları ilə tanış etməlidirlər.
Azərbaycan Demokratik Birliyi – Birlik bu mübarizədə İranda və özəlliklə Türk bölgələri və Azərbaycanda hər zaman qadınların yanında dayanacaq və onların səslərini duyurmaqda əlindən gələn mücadilə və mübarizəni ardına qoymayacaqdır.
Yaşasın inasncıl qadın haqları mübarizəsi
Azərbaycan Demokratik Birliyi – Birlik
25 noyabr 2019