Türk qılınci qında paslanmaz! Partaxt Günün mübarək, Azərbaycan!
Türk qoşununun Bakiya daxil olmasının 105 – ci il dönümünə
Bədənsiz baş olmadığı kimi, başsız bədən də olmur.
Bədən başa görə urvatlıdır.
Baş bədəni saydırandır.
Baş – düşünən, dərk edən anlamın çatdırdığı kimi, bədən də dərk edilmişin gerçəkləşməsi, təzahürü kimi gərəklidir.
Mahiyyət təzahürdə gerçəkləşdiyi kimi, başın düşüncəsi də bədənin əməlində üzə çıxır.
Zaman – zaman Azərbaycanı başsız qoymaq cəhdləri olub. Bu cəhdlər isə ən cox qeyri-türk millətləri tərəfindən icra olunub. Hər hansı ölkəni paytaxtdan məhrum etmək, onu ələ keçirmək istəyi daxili hökumətin zəifliyi, yoxluğu və ya mövcud hökuməti saymamaqdır.
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik hökumət olan Azərbaycan Demokratik Respublikası quruldu. Bununla da Azərbaycanın həyatında mühüm hadisə baş verdi: 18-ci ilin avqust ayının əvvəllərində Bakıya daxil olan türk qoşunu bir aydan artıq – sentyabrın 15-dək böyük şücaət göstərərək daşnak-bolşevik birləşmələrindən ibarət olan yadellilər əlində əsir paytaxtımızı xilas etdilər. Bu hadisəni M.Ə. Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında belə xatırlayır: ”O zaman biz İstanbulda idik. Vüsteyi – Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti – müəxxəsə riyasətində bulunuyorduq. O dövlətin hərbiyyə naziri və baş komandan vəkil bulunan Ənvər paşa həzrətləri telefon ediyorlardı:
– Əmin bəy, Bakı alındı!
Bundan bir kaç gün əvvəl Almaniya hökumətinin bir qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik hökuməti ilə Brest – Litovsk müharibəsinə zeyl olaraq yapdığı bir müharibə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin eyləmişdi. Ustadımız Əmin bəyin təbiri – vəchlə bizi bir təngə qaza satmışdı. Bu münasibətlə bizə müraciət edən qəzetçilərə: “Bakısız Azərbaycan başsız bədəndir!” – demişdik.
Türkün psixologiyasında mərdlik, birsifətlilik var. Ümumən, türkün keyfiyyətlərini sadalasaq, bu göstərdiklərimizdən əlavə onu da qeyd etmək vacibdir ki, bu millətin əsas əlaməti halallıqdır və ədalətsizliklə barışmamaq. Mütləqə İnam yaradıcısı Asif Ata türkün keyfiyyəti ilə bağlı deyir: “Türk ata minər, Koroğlulaşar, atdan düşər Füzuliləşər.”
Zəriflik və möhtəşəmliyi bir əldə birləşdirməyi türk həmişə bacarıb və həm də istəyənə aman verib, heç vaxt arxadan vurmayıb. Türkdən öz sərkərdəsini satan Səhl Sumbat, igidin atını oğurlayıb satan Keçəl Həmzə çıxmayıb. Bu erməni xisləti, erməni keyfiyyətini təzahür etdirən əlamətlərdir. Erməni içində ilan yaşadır. İlanlıq — yıxıldı yalvarar, qalxdı çalar. Gücsüzün qənimi, güclünün nökəri olan erməni ilə 1918-ci ilin qatışıq siyasi aləmində vuruşmaq o qədər də asan deyildi, çünki, Azərbaycan təklənmişdi. Mayası bicliklə yoğrulmuş, siyasətçi kimi doğulmuş ingilislərlə, I Pyotrun vəsiyyətlərini qulaqlarında sırğa etmiş ruslarla üz-üzə durmuşdu. Bu duruş azərbaycanlıların tarixində qanlı səhifə kimi yer tutdu və 18-ci ilin əvvəllərindəki hadisələrdə, əsasən 29-31 mart qırğını da bütövlükdə daxil olmaqla azərbaycanlılara qarşı bir məqsəd daşıyırdı… Azərbaycan udulsun, məhv olsun. İstərsə maddi nemətlərinə, istərsə də mədəni ruhuna görə onun axırına çıxmaq planı hazırlanmışdı. Unutmayaq ki, bu günkü Qarabağ müharibəsi, erməni həngaməsi 18-ci ilin davamıdır. Biz Qarabağda tək erməni ilə döyüşmürük, bütün dünya bizə qarşıdı. “Erməni ilə döyüşürük ” – desək özümüzü balacalaşdırmış oluruq. 1918-ci il hadisələrində bir arxamız oldu – TÜRK ORDUSU! Və bununla da “Türkün türkdən başqa dostu yoxdur!” – fikrini sübut edən tarixi hadisə baş verdi. Şanlı türk ordusu tərəfindən Bakı azad olundu və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Bu haqda Almaniyanın “Folkişer Beobaxter” qəzeti özünün 2 dekabr 1933-cü il tarixli nömrəsində Azərbaycana həsr etdiyi məqaləsində bu məsələdən bəhs edərək deyir: “1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixi üçün müstəsna dərəcədə əhəmiyyət kəsb edir. Bu zaman Avropada Azərbaycan Cümhuriyyətinə kömək edilməsi və ona yaşamaq imkanının verilməsinin zəruriliyi haqda səslər ucalırdı. Lakin bu, Azərbaycana başsız bədən bəxş etməkdən başqa bir şey deyildi… Bədənin başsız yaşayacağı mümkün olmadığı kimi, Azərbaycanı da Bakısız təsəvvür edilməzdir. Azərbaycanın süqutu və tərəqqisi Bakının taleyi ilə bağlıdır. ”
Bu gün Bakı yaşayır! 105 il bundan əvvəl türk qılıncının qından sıyrılması nəticəsində başın bədən üstündə, Bakının Azərbaycanla qalmasından ötrü erməni və rusbaşlıların başı bədənindən ayrıldı. Təkcə rus başı döyüşdən sivişib çıxdı və arxamıza keçdi. Nəticədə Böyük Pyotrun imperiya kimi düşünüb qurduğu dövlətin diqtəsi ilə 70 il yaşamalı olduq və türk dünyası adlanan böyük bir dənizdən kəsilib atılmış kimi, yolları bağlanmış çay kimi qaldıq. Lakin gölə çevrilmədik. Rusun məkrli siyasəti yenidən ermənini üstümüzə ayaq açdırdı. Ayılanda arxamızı boş gördük…
Bicləşən, ikiüzlüləşən dünyaya halallıq, birsifətlilik gərəkdir. Təkcə türk keyfiyyəti dünyanı ölümdən xilas edə bilər. Bakını türk qılıncı xilas etdiyi kimi.
Eluca Atalı