Tkantəpə şəhərinin Faqqılı kənd sakinləri etiraz edir
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Tikantəpə şəhərinin Faqqılı kəndinin sakinləri bir qrup ətraf mühit fəalı ilə birlikdə bu bölgədə mədənçilər tərəfindən ətraf mühitin məhv edilməsinə qarşı etiraz aksiyası təşkil ediblər.
Bölgə sakinləri bu ərazidə mədən işlərinin qanunsuz olduğunu və icazənin qanunsuz yollardan aldındığını iddia edərək, kənd və ətraf mühitə zərər verdiyini düşünürlər.
Əhalinin dediyinə görə, “bu mədəndən istifadə etmək nəticəsində kəndlilərin əkinçilik sahələri, ətraf mühiti və bölgənin tarixi abidələri məhv ediləcək, su ehtiyatları və ətrafdakı bulaqlar quruyacaq”.