Mahmud Ocaqlu Tehranda həbs edilib
Azərbaycanlı mədəni fəal Mahmud Ocaqlu 2022-ci il dekabrın 11-da Bazar günü Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Yaxınlarının verdiyi məlumata görə, bu mədəni fəal həbsi zamanı iş yerində təhlükəsizlik əməkdaşlarının olması və həbs olunduğu barədə qısa zəng zamanı ailəsinə məlumat verə bilib.
Bu vaxta qədər onun həbsinin səbəbləri, ittihamlar və köçürülmə yeri barədə ətraflı məlumat yoxdur. Bundan öncə Mahmud Ocaqlu 2013-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminin təşkilində ittiham olunaraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.