Əhvaz İnsan Haqları Təşkilatı: 6 ərəb siyasi məhbus edam cəzasına məhkum edildi
Əhvaz İnsan Haqları Təşkilatı Əhvazdakı Şiban həbsxanasında saxlanılan 6 ərəb siyasi məhbus üçün edam hökmü çıxarıldığını elan edib. Bu təşkilat öz Twitter hesabında həmin məhbusların adlarını: “Əli Məcdəm”, “Moin Xənfəri”, “Məhəmmədriza Müqəddəm”, “Seyed Salem Musəvi”, “Seyed Ədnan Musəvi” və “Həbib Deris” olaraq açıqlayıb.
Əhvaz İnsan Haqları Təşkilatı məhkəmənin daha 6 siyasi məhbusu 5 ildən 35 ilədək ağır həbs cəzasına məhkum etdiyini bildirib. Bu təşkilatın məlumatına görə, “Fares Amuri” 35 il, “Casem Əlbuğəbiş” 15 il, “Qasım Müqəddəm”, “İskənder Müqəddəm”, “Rəd Məniat” və “Tofiq Məniat” “5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu siyasi məhbusların hökmləri çərşənbə axşamı 14 Fevral səhər saatlarında Əhvaz İnqilab Məhkəməsinin 4-cü şöbəsində verilib.
İslam Respublikasının rəsmi orqanları hələlik bu xəbərə münasibət bildirməyib.
Bu ağır edam və həbs cəzalarının verilməsi İran hökumətinin etiraz məhbusları üçün “əfv” adlandırdığı tədbirlə fərqli sifət göstərməyə çalışdığı bir şəraitdə baş verdi.
Bununla belə, İslam Respublikası rejimi bu əfv nümayişləri ilə eyni vaxtda müxaliflərinə ağır cəzalar verməkdə davam edir.