Məhəmməd Rəcəbi Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib
Məlikkəndi sakini Məhəmməd Rəcəbi 18 dekabr 2022-ci il bazar günü Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu vaxta qədər onun ittihamları və onun köçürülmə yeri barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.