BAO təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi
Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi.
17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Astoria Bakı” otelinin konfrans salonunda II “Bütöv Azərbaycan Forumu”keçirildi.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.
İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy iştirakçıları salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün BAO adından təşəkkürünü bildirdi və Forumu açıq elan etdi. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən və BAO-nun dünyasını dəyişən üzvlərinin-Dilavər Əzimli və Ənvər Börüsoyun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra BAO başqanı Zahir Əlisoy çıxışında Güneyli-Quzeyli Bütöv Azərbaycanın ayrılmaz hissələri olan Dərbəndin, Borçalının, Mosul-Kərkükün, Qaşqay elinin, Qərbi Azərbaycanın, əsasən də ümumilikdə Azərbaycanın güneyinin problemlərinə toxunaraq, hal-hazırda iran adlanan dövlətin dağılma prosesinin başlandığını bildirdi.
BAO-da forumun keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsi tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət edilməsi üçün ilkin forma olaraq 4 istiqamətdə sənəd hazırlandığını və bununla bağlı iştirakçıların da fikir və əlavələrinin bildirilməsinin vacib olduğu önəmli olduğu iştirakçıların diqqətinə çatdırıldı.
Tədbir iştirakçılarından Şusa-Xankəndi yolunda hal-hazırda davam edən aksiyaya dəstək ilə bağlı müraciət edilməsi üçün irəli sürülən təklif gündəliyə qəbul olundu.
Daha sonra çıxışçılara söz verildi
GADP başqanı Mahmud Bilgin:
Bu gün, yəni 17 Azər tarixində, Azərbaycanın güneyində soyqırım törədildiyini və bu soyqırım nəticəsində 30 min adamın soyqırıma məruz qaldığı və bununla bağlı 30 ildi millətləşmə çabalarının göstərdiyini qeyd etdi bildirdi.
Kamran Ramazanlı: Borçalıda hal-hazırda əvvəl mövcud olmuş 206 məktəbdən 106-sının, 8 min müəllimdən ceni 3 mininin qald6 Məqsədli şəkildə Türk dili tədrisini azaldaraq rus və ingilis dillərində tədrisi artırıblar.
GAMDT sədri Məcid Araz: Güney Azərbaycanda bölgələrini farslar ələ keçirir. Media olaraq güclənməliyik. Sizdən gözləntimiz güney mediasına yardım etməkdir. Kordinasiya şurası önəmlidir. Orada Millət vəkillərinin də olması önəmlidir.
Millət vəkili Fəzail Ağamalı: Gec-tez İranın dağılması, ya da dəyişilməsi qaçılmazdır. Biz birinci variant sürətləndirməliyik. Hədəfimiz budur. Mən də hesab edirəm ki, Kordinasiya şurası yaradılmalıdır. Eyni zamanda fars və ingilis dillərində telekanallar açılmalıdır. Güney Azərbaycan Mühacir hökumətini yarada bilərik.
GAMQH Eldar Qaradağlı (onlayn): Güney Azərbaycan milli azadlıq hərəkatını irəli aparmaq üçün maliyyə dəstəyinə ehtiyacımız var. Eyni zamanda, bununla bağlı media lazımdı.
Əirza bəy Zamanlı: Azərbaycanın güneyi ilə bağlı xəbərlar əsasən Bakıdan yayılır. Güneylə bağlı xəbərlər farsca da yayılsa yaxşı olar. Burdakı güneylilərin durumu yaxşı deyil. Kordinasiya Şurası tezliklə yaranmalıdır.
Millət vəkili Ceyhun Məmmədov: Çox vacib tədbirdir. Bilirik ki, Dünya azərbaycanlılarının problemləri var. Bu gün isə əsas məsələ Güney Azərbaycanla bağlıdır. Ona görə də Kordinasiyalı fəaliyyət önəmlidir.
Millət vəkili Razi Nurullayev: Mən hesab edirəm ki, Kordinasiya şurası lazımdır. Bu mübarizəni illərdir aparırıq. Danışıqlar üçün həm yerli, həm regional və vahid beynəlxalq təşkilat lazımdır.
Firudin Ağasıoğlu: Azərbaycan türklərinin qarşısında ciddi problemlər var. Bütün bunların həlli üçün strateji araşdırma mərkəzi yaradılmalıdır. Güney Azərbaycanla Türkiyə arasında “Kürd” zolağı yaratmağa çalışırlar. Bunu, qəbul etmək mümkün deyil.
Bünyamin Qənbərli: Güney Azərbaycanla bağlı Təhsil layihələrih həyata keçirilməlidir və kadrlar hazırlanmalıdır. Koordinasiya şurası isə iş görmək üçün yaradılmalıdır.
Faiq Ələkbərli (BAO): BAO olaraq əsas məqsədimiz Azərbaycanın bütövlüyünə, yəni Bütöv Azərbaycan dövlətinə nail olmaqdır. Əlbəttə, bu yolda fərqli baxışların olması təbiidir. Ancaq biz, BAO olaraq daim Azərbaycanın gec-tez bütövlüyünə nail olacağına inanmışıq. Bu forumu keçirməkdə də məqsədimiz onun daha qısa müddətdə gerçəkləşməsi yollarını axtarıb tapmaqdır.
Forumda eyni zamanda ADF-dən Abdulla Haşimi Cavanşir, İTC-dən Paşa Həsənli, AMİP-dən Teyyub İsmayıl, BAO fəalı Natiq Ulubəy, tarixçi alim Boran Əziz, güneyli fəal Tohid Cavadi, AMDT üzvü Müctəba Nəcəfi, ictimai-siyasi fəal Mehman Əhməd və b. da mövzu ətrafında çıxışlar etdilər.
BAO mətbuat xidməti
17.12.2022.