Şəbistərli etirazçı Fərzad Təqəvi Bayat 3 il həbsə məhkum edilib
2022-ci ilin ümumi etirazları sırasında həbs olanlardan biri olan Şəbistərli vətəndaş “Fərzad Təqəvi Bayat” üç il həbs və iki il ölkədən çıxış qadağası ilə cəzalandırılıb.
2 Noyabr 2022-də, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi “Davud Həmalbərmocərəd”in başçılıq etdiyi məhkəmə iclasında Fərzad Təqvi Bayat üç il həbsə və iki He ölkədən çıxış qadağası ilə cəzalandırılıb. Bu hökm Doğu Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsində bu hökm “Cədidi” və “Əhrari” adları hakimlərin hökmü ilə təsdiqlənib. Bu Türk vətəndaşın işi ilə bağlı ittihamnaməni Təbriz ümumi və İnqilab məhkəməsinin 7-ci şöbəsinin müstəntiqi “Hadi Qəfuryan” “ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq və ictimai asayişi pozmaq” ittihamı ilə çıxarıb”.
Fərzad Taqvi Bayat İslam Respublikasına qarşı ümumi etirazların davam etdiyi bir vaxtda 27 Sentyabrda Təbriz şəhərində İnqilab Keşikçiləri Kəşfiyyatının agentləri tərəfindən həbs edilib. O, bu təşkilatın təcridxanasında 11 gün ərzində fiziki və ruhi işgəncələrə məruz qalıb. Fərzad Təqəvi Bayat oktyabrın 8-də 250 milyon tümən girov qarşılıında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.
Əxlaq Polisi tərəfindən öldürülən Sakkızlı 22 yaşlı qadın “Zhina Əmini”nin öldürülməsindən sonra başlayan ümumi etiraz aksiyalarında saxlanılanlardan biri də Şəbistərdən olan 31 yaşlı vətəndaş Fərzad Taqvi Bayatdır.