Ərəb halı Sual: 1.Ərəblərin soykökü haqqında Ata Fikri. — Ərəblər semitdirlər. Müasir elmi prinsipə əsasən dünyada dörd irq var. Birinci irq ki, bunu yüksək irq sayırlar – naşıcasına, avamcasına – avropoid irqidir. Avropoid irqinə yalnız Avropada yaşayan xalqlar aid deyil, ora həm də hindlilər və iranlılar da daxildirlər. Onlara bəzən hind-avropoid, ariid də deyirlər. Bütün Avropadakılar – almanlar, latınlar, ispanlar və b. bura daxildirlər. Təbii ki, bu prinsipi mütləq həqiqət kimi qəbul etmək olmaz. İkinci irqə ərəblər və yəhudilər daxildir. Bir zaman əvvəlki misirlilər də bura daxil idi, xetlər də. Eləcə də vavilon, assuriyalılar, xaldeylər. Şumerlərin bura dəxli yoxdur. O xüsusi irqdir. Üçüncü irqə monqoloid deyilir. Türkləri də səhvən bura aid edirlər. Ata bunu qəbul etmir – Türkü ayrıca irq sayır. Mən bu haqda çox yazmışam. Monqoloid irqinə vyetnamlılar, monqollar, kambocalılar və b. daxildir. Dördüncü irq zəncilərdir – neqroidlər. Semitə daxil olan ərəblər indi sayca yəhudilərdən çoxdurlar. 2.Ərəb xarakteri haqqında Ata Fikri. — Ərəb xarakteri üç cəhətin birləşməsidir; əsas etibarıyla amansızlıq, sonra faydaçılıq (buna praqmatizm də deyirlər), sonuncu dinçilik. Burada bir qəribəlik var, çünki amansızlıq və din bir-birinə bərabər olmamalıdır. Ancaq əslində bunlar bir-birinə çox yaxındırlar. Üstəlik də şəhvətçilik. Ərəb şəhvətçiliyinin bir rəqibi yəhudilərdir. Onlar yaratdılar şəhvətin növlərini. Ərəb rəqsi – göbək rəqsidir, yəni şəhvanilik rəqsidir. Başdan-ayağa əcayiblikdir bu. Tam xarakter deyil ərəb xarakteri, pərakəndədir və ərəb ayrı-ayrı dövrlərdə ayrı-ayrı cəhətlərini aşkarlayıb. Məhəmmədə qədər bu xalq demək olar ki, yox idi. Bir qəbilə o birisi ilə döyüşürdü. Hər evin öz Allahı – öz bütü vardı. Təzə döğulan qız uşağını öldürürdülər. İqtisadi cəhətcə gerilik vardı. Məhəmməd vasitəsi ilə bu xalqa çevrildi. Müəyyən dövrdə Məhəmməd ərəbə yaradı, amma Şərqə çox ziyan vurdu. Məhəmməddən sonra xəlifət dövrü başlandı; qul bazarları, yalan, cənnət-cəhənnəm tüğyanı. Xəlifələr bu dünyada kef çəkdirdilər, camaatı isə o dünyaya şirnikdirirdilər – huri-qılmana, cənnətə… Gedib çıxmışdılar Hindistana qədər – xilafətin başı Bağdaddaydı, ayağı Hindistanda. Hər yerdə də bir əllərində qılınc, o biri əllərində də Quran. Sonra da bunun ardınca yerə-göyə sığmayan qarət. Mal-dövlət hərisliyi. Ərəbistan İslamdan əvvəl tamamiylə kasıb bir ölkə idi, xəlifət dövründə isə ən varlı ölkə oldu. Bəşərə çox ziyan vurdular ərəblər. Müsəlman mədəniyyəti adı altında mədəniyyətlər özgələşdi. İbn Sinalar, Bəhmənyarlar, Fərabilər müsəlman mədəniyyətini yaradanlar oldular və özgəyə yaradılar. İslam mədəniyyəti adlanan mədəniyyəti başqaları yaratdılar. Ərəblər dini yaradandan sonra özləri heç nə yaratmadılar. Memarlığı yaradan qeyri-ərəblər oldular. Bu işdə türklərin böyük xidməti olub. Müsəlman mədəniyyəti əslində müsəlmanlığa qarşı yarandı. Sufi ədəbiyyatı bu qəbildəndir; Ənsari, Rəbiyyə əl-Ədəviyyə, Xəyyam, Rumi… Bunların allahı İslam allahı deyildi, Kamillik Allahı idi. III dövrdə — Xilafətdən sonra, XIII əsrdən bu günə kimi ərəb tənəzzüldən tənəzzülə gedir. XX əsrdə sosializmə meyl yarandı. İndi Ərəb tamamiylə qarışıq bir həyat yaşayır. Bir tərəfdə İslam, o biri tərəfdə Qərbçilik. Müasir Şərq dəhşətli özgələşmə içindədir. Nə astarı bilinir, nə üzü. Təbii ki, Ocaq istəyərdi ki, Ərəbistanda da Ata Ailəsi olsun. Biz ərəbə, farsa qarşı deyilik, ərəbçiliyə, farsçılığa qarşıyıq. Ərəbin bu günə düşməsi bizi çox narahat eləyir. Özünü axtaran, tapmayan; döyüşən, bir-biriylə çəkişən, özünə inanmayan, qəyyum axtaran. 85-ci ilə qədər ərəbin bir hissəsi SSRİ-çi idi; Liviya, Suriya, İraq və b. O birilər – Səudiyyə Ərəbistanı, Sudan, Küveyt – bunlar Qərbə meylli idilər. Demokratlar da Qərbə meylli idilər, ancaq ümumilikdə yönləri əsasən SSRİ-yə idi. SSRİ dağılandan sonra hətta Suriya belə məcburdur ki, qərbləşsin. Fələstin məsələsi. Fələstin bir zaman yevreylərin olub. Assuriyalılar onları qovub əsir elədilər. Ərəb aləmi İsraili yer üzündən silmək istəyirdi. Amerika bundan istifadə elədi və İsrailə silah verdi. Bütün bunlar isə SSRİ-yə qarşı idi. İsrail ərəbi sarsıtdı. İndi Fələstinə muxtariyyət verirlər, amma Yerusəlimi onlara qaytarmırlar. Yerusəlim köhnə bir ölkədir, indi paytaxtdır. Ərəblər bunu özlərinə paytaxt, yəhudilər isə müqəddəs yer hesab eləyirlər— İsa orada doğulduğuna görə. Qərb süqutdadır, Şərq isə başını itirib, bilmir ki, nə eləyir. Ocağımızın bir məqsədi də “Özümlü Şərq” yaratmaqdır. Bizim istədiyimiz Şərq müasir Şərqə qətiyyən bənzəməyəcək. Həmin Özümlü Şərqdə Ərəb də öz faciəsindən ayrılacaq. İslam fundamentalizmi məsələsi. Ən çox farslarla – farsçılıqla bağlıdır, indiki İslam fundamentalizmi. Bəşərin nicatını Məhəmmədin icmasına qayıtmaqda görürlər. Hər şey ümumi və hər şey Quran əsasında. Haradasa, kommunizmə yaxın bir şey. Dini qanunlar zindanı. Mən bunun inkişafına inanmıram, çünki Xomeyni bir şey eləyə bilmədi, bunlar da heç nə edə bilməyəcəklər. Bir tərəfdən İslam fundamentalizmi, o biri tərəfdən də Qərbçilik. Bunlar xalqın sinəsində ağır yaralardır. İndi pis gündədir ərəblər. Onların Ocağı yoxdur. Onların əlacı qalıb Allaha. Orada insan özünə kömək edə bilmir. O, Allahı çağırır. Məncə, sualına cavab tapdın. Biz mahiyyətçiyik. Ən çətini də budur ki, Mahiyyəti dərk edəsən. 3. Ərəb və Hərb. — Ərəblərdə ən mahir hərbçi hesab eləyirəm İmam Öməri. Onun İslama verdiyi bəxşişi bir çox hallarda Məhəmmədi də ötüb keçir. Məhəmməd öləndə Ərəbistanın əsas hissəsi islamlaşmışdı artıq, qalanı isə yox. Dünya hələ islamlaşmamışdı. Məhəmməd öləndən sonra bir neçə əyalət İslamdan ayrıldı. Parçalanmaq təhlükəsi yarandı. Bu zaman Ömər ikinci Xəlifə oldu. Bir tərəfdən Ərəbistanı birləşdirdi, həm də İslamı yaydı, çox uğurlu döyüşdü. Xəlifətin yarısını Ömər yaratdı. Düzdür, İslamın çox talantlı sərkərdəsi olub – Xalid adlı, amma Ömər hamısından üstün idi ki, onun haqqında fikirlərimizi dedik. Ərəblərin hərb elmində yenilikləri yoxdur. Onların hərbi strategiyası hərb və zor idi. Napaleon başqa idi fransızlarda, eləcə də Sezar, İsgəndər. Bunların orijinal fikirləri vardı hərb elmində və öz fikirlərini də məharətlə həyata keçirirdilər. Ərəblər qılıncla, zor gücünə dini qəbul elətdirirdilər. Elə ölkələr var idi ki, onlar birdən-birə İslamı qəbul eləmirdilər. Bu zaman ərəblər siyasət işlədirdilər. Onlara deyirdilər ki, bizə xərac verin, sizin dininizə də toxunub eləmirik. Bundan sonra ərəblər onların üzərinə elə xərac qoyurdular ki, onlar məcbur idilər ki, müsəlman olsunlar. Ermənilər ərəblərə xərac verdilər. Ümumiyyətlə, ərəblər heç erməniləri saymırdılar. Quranda strateji heç bir şey yoxdur. Onlar hərb elmində orijinal heç bir şey yaratmayıblar. Ərəblər qorxudurdular – cəhənnəm oduyla və üstəlik də yerə-göyə sığmayan zor. Allah sizi yüz dəfə öldürüb-dirildəcək. İki zor birləşirdi. Həm də ki, güc vardı. Bir də qarət. Elə olurdu ki, adi bir əsgər döyüşdən sonra külli miqdarda var-dövlətə yiyələnirdi. Ümumiyyətlə, ərəb var-dövlətə çox həris millətdir. 4. Ərəb ədəbiyyatı haqqında Ata Fikri. — Ərəblərdə Əl-Məərrini və Rəbiyyə əl-Ədəviyyəni qəbul edirəm, çünki bunlar gözəl şair olmaqdan başqa, həm də əqidəçidirlər. Sevirəm əqidə adamını. Əl-Məərri Məhəmmədlə bir vaxtda yaşayıb. Yeganə Ərəb filosofudur ki, Məhəmmədi rədd edib, düşmən olub ona. Çox qəmli, çox kədərli şerlər yazıb. Təsəvvür elə ki, o dövrdə “xilaskar” gəlmişdi, bu deyirdi ki, dünya məhv olur. Rəbiyyə IX əsrdə yaşayıb. O, deyir ki, Allah sevgilimdi mənim. Mən heç bir kişini sevmirəm, heç birinə ərə getmirəm. Ey kişilər, əl çəkin məndən. Rəbiyyə böyük sufiydi – sufi qadın. Qadın sufilərin içində əvəzsizlərindəndir. Mən onun şerlərini tərcümə eləmişdim. Bir neçə şerini gətirmişdilər. Tərcümə də yaxşı alınmışdı. Ruscadan dilimizə çevirmişdim. Ərəblərin öz şerləri ərəbcədə yoxdur bizdə. Deyirlər ki, ərəblərin çox şairləri olub. Ata bu ikisini qəbul eləyir. 5. Mütləqim, Ərəb musiqisi haqqında. — Ərəb musiqisi çox çılğın, narahat, qeyri-müəyyən, yerlə-göy arasında, hayqırtı. Çox güclü təsir edən. Rəqslərində də bu cəhətlər var, amma bayaq dediyimiz kimi, ərəb rəqsi başdan-başa şəhvanilikdir. Ərəb rəqsi bədəni oyandırır. O hallar ki içəridəydi, onsuz da oyaq idi, onu oyadır. Oyaq qalanı daha da oyadır və alovlandırır pis mənada. Uyumuş duyğuların oyanması. Bir tərəfdən o dünya, cənnət-cəhənnəm, bir tərəfdən halallıq, eləcə də siğə, dörd arvad. Siğə nə qədər istəyirsən… Ərəb rəqsi İslam eybəcərliyidir. Burada sənət azdır. Ancaq və ancaq şəhvət çağırır adamı burada. Əsil rəqs hindlilərdədir. Onlarda hər bir jest, hər bir mimika, hər bir hərəkət – ayaq hərəkəti, əl hərəkəti rəmzi ifadə edir. İnsanın Göylə birləşməsidir hind rəqsi. Bu haqda Atayla təmas olub. Qaranlıqlar Yarılsın! — Atamız Var olsun! İşıqlı Atalı. 25 Qismət günü, Yağış ayı, 16-cı il, Bakı. (25 Noyabr, 1994-cu il).