Təbriz rəsmilərinin səhlənkarlığı bir uşağın həyatına son qoydu
Təbrizin Taliqani xiyabanında velosiped sürən bir uşaq yoldakı qazılmış kanala düşüb və aldığı xəsarətdən həyatını itirib.Məlumatı İLNA xəbər agentliyi yayıb.
Təbrizin bu ərazisindəki sakinlər uşağın faciəvi şəkildə ölümündən sonra şəhər rəsmilərinin qazıntı sahəsinin təhlükəsizliyini təmin edilməsi səhlənkarlığına etiraz edib.
Təbriz prokurorluğu iddia edir ki, bu hadisə ilə bağlı günahkarlara cavab veriləcək.
Taliqani sakinlərinin etirazından sonra Təbriz valisi də daxil olmaqla, bəzi əyalət və hüquq-mühafizə orqanlarının işçiləri baş verənləri yaxından izləyirlər.
Qazıntının hansı təşkilat və ya idarə tərəfindən həyata keçirildiyi hələ məlum deyil.