21 fevral Ana dili konfransına dəvət
Əziz dostlar!
Sizləri 21 fevral 2025-ci il tarixində İsveçdə Azərbaycan Aydınlar Ocağının təşkil etdiyi Ana Dili konfransında salamlamaqdan çox məmnun olarıq. Unutmayaq ki, Bütöv Azərbaycan yaranmayana qədər siyasi çıxış yolumuz yoxdur. Bütövlük məfkurəsi ilk öncə düşüncəmizdə, dilimizdə yaranmalıdır.
Azərbaycanın böyük filosofu Asif Ata deyir: “Dil — Ruhani varlıqdır!” Ana dilində danışmaq, yazmaq insanin insani haqqıdır. Soydaşlarımızın varlıqlarına qovuşmaq üçün onlarla bir yerdə olmaq borcumuzdur. Necə deyərlər, Birlikdə güclüyük!
Vətənimizin bir hissəsi, həm də böyük hissəsi olan Güneyimizdə 40 milyon soydaşımız bütün insani haqlarından məhrumdur, hətta Ana dilindən də. Bu konfransda əsas mövzumuz məhz zəngin poeziyası, ədəbiyyatı yaranmış dilimiz haqda və ondan məhrum olmuş insanlardan olacaq.
İsveçdə Azərbaycan Aydınlar Ocağı.